https://sputnik.az/20240922/azerbaycan-ordusunun-esgeri-odlu-silahdan-acilmis-ates-neticesinde-olub-467574658.html
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
Sputnik Azərbaycan
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət... 22.09.2024, Sputnik Azərbaycan
2024-09-22T21:03+0400
2024-09-22T21:03+0400
2024-09-22T21:03+0400
cəmiyyət
hərbçi
hərbçi
hərbi prokurorluq
hərbi prokurorluq
respublika hərbi prokurorluğu
azərbaycan ordusu
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e5/08/19/427773754_0:0:1221:686_1920x0_80_0_0_9efdd726f37b87c3bd95b526985d61a2.jpg
BAKI, 22 sentyabr - Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bayramov Musa Səhliyar oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub.Faktla bağlı Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, takt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başladılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/19/427773754_152:0:1067:686_1920x0_80_0_0_43d94492d5cdb07e568b9700403a0685.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbçi, hərbçi, hərbi prokurorluq, hərbi prokurorluq, respublika hərbi prokurorluğu, azərbaycan ordusu, azərbaycan ordusu
hərbçi, hərbçi, hərbi prokurorluq, hərbi prokurorluq, respublika hərbi prokurorluğu, azərbaycan ordusu, azərbaycan ordusu
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.
BAKI, 22 sentyabr - Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bayramov Musa Səhliyar oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
Faktla bağlı Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, takt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başladılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.