https://sputnik.az/20240921/xezerin-azerbaycana-mensub-erazi-sularinda-ciddi-miqdarda-qacaqmal-askarlanib-467558544.html
Xəzərin Azərbaycana mənsub ərazi sularında ciddi miqdarda qaçaqmal aşkarlanıb
Xəzərin Azərbaycana mənsub ərazi sularında ciddi miqdarda qaçaqmal aşkarlanıb
Sputnik Azərbaycan
Dövlət Sərhəd Xidməti Xəzərin mərkəzi istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin... 21.09.2024, Sputnik Azərbaycan
2024-09-21T12:54+0400
2024-09-21T12:54+0400
2024-09-21T13:12+0400
cəmiyyət
xəzər dənizi
qaçaqmal
qaçaqmalçılıq
narkotik qaçaqmalçılığı
dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e8/09/15/467559352_0:63:1200:738_1920x0_80_0_0_7b14a6065b59adf5bb0b83fea8a5bd76.jpg
BAKI, 21 sentyabr - Sputnik. Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində dövlət sərhədinin mühafizəsi, bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz boru kəmərlərinin, platformaların qorunması, Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri ən yüksək səviyyədə dаvаm еtdirilir.Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.Bildirilib ki, sentyabr ayının 18-də Sahil Mühafizəsinin sərhəd gəmiləri, sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin mərkəzi istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısı alınıb:"Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan müasir gecəgörmə, müşahidə sistemləri ilə təchiz edilmiş sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri və sahil xəttinin qapadılması nəticəsində 3 (üç) ədəd “Yamaha-250” mühərriki ilə təchiz edilmiş bayda tipli sürətli üzmə vasitəsi və suyun üzərində olan 117 (yüz on yeddi) ədəd şübhəli bağlama müəyyən olunub.Üzmə vasitəsinə və bağlamalara baxış zamanı dəyəri təqribən 300.000 AZN məbləğində aksiz markasız 146.790 (yüz qırx altı min yeddi yüz doxsan) qutu tütün məmulatı aşkar olunaraq götürülüb".Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/15/467559352_67:0:1134:800_1920x0_80_0_0_b15071cbdabf251b20e5040ba377f1e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər dənizi, qaçaqmal, qaçaqmalçılıq, narkotik qaçaqmalçılığı, dövlət sərhəd xidməti
xəzər dənizi, qaçaqmal, qaçaqmalçılıq, narkotik qaçaqmalçılığı, dövlət sərhəd xidməti
Xəzərin Azərbaycana mənsub ərazi sularında ciddi miqdarda qaçaqmal aşkarlanıb
12:54 21.09.2024 (Yenilənib: 13:12 21.09.2024) Dövlət Sərhəd Xidməti Xəzərin mərkəzi istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısını alıb.
BAKI, 21 sentyabr - Sputnik. Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində dövlət sərhədinin mühafizəsi, bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz boru kəmərlərinin, platformaların qorunması, Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri ən yüksək səviyyədə dаvаm еtdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, sentyabr ayının 18-də Sahil Mühafizəsinin sərhəd gəmiləri, sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin mərkəzi istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısı alınıb:
"Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan müasir gecəgörmə, müşahidə sistemləri ilə təchiz edilmiş sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri və sahil xəttinin qapadılması nəticəsində 3 (üç) ədəd “Yamaha-250” mühərriki ilə təchiz edilmiş bayda tipli sürətli üzmə vasitəsi və suyun üzərində olan 117 (yüz on yeddi) ədəd şübhəli bağlama müəyyən olunub.
Üzmə vasitəsinə və bağlamalara baxış zamanı dəyəri təqribən 300.000 AZN məbləğində aksiz markasız 146.790 (yüz qırx altı min yeddi yüz doxsan) qutu tütün məmulatı aşkar olunaraq götürülüb".
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.