DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna Silahlı Qüvvələri misli görünməmiş mərmi qıtlığı yaşayır

© AP Photo / LibkosUkrayna hərbçisi əlində mərmi tutub, arxiv
Ukrayna hərbçisi əlində mərmi tutub, arxiv - Sputnik Azərbaycan, 1920, 21.09.2024
Abunə olmaq
ABŞ-ın "CNN" telekanalı bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin Kursk vilayətində ağır itkilərdən və rabitə problemlərindən şikayətləndiyi barədə məlumat yaymışdı.
BAKI, 21 sentyabr — Sputnik. Ukrayna qoşunları mərmi aclığını yaşayır.
Bu barədə Ukraynanın "TSN" telekanalının müxbiri Yuliya Kiriyenko özünün "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, "minalarla bağlı belə vəziyyət heç vaxt olmayıb". Belə ki, anbarlarda minalar var, lakin onlar, nədənsə, əsgərlərə çatdırılmırlar.
Kiriyenko qeyd edib ki, bunu xüsusilə Qırmızı Ordu sektorundakı vəziyyət haqqında demək olar. Məsələn, ukraynalı artilleriyaçılar 120 mm-lik minaatan üçün mərmiyə qənaət etməlidirlər, çünki həftədə hər briqadaya cəmi 10 mina verilir.
Əlavə edək ki, ABŞ-ın "CNN" telekanalı bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin Kursk vilayətində ağır itkilərdən və rabitə problemlərindən şikayətləndiyi barədə məlumat yaymışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0