Tarixdə bu gün: 21 sentyabr – FOTO
© Sputnik / Elnur Salayev21 sentyabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 21-də kimlər anadan olub?
Herbert Uells (1866 - 1946) – İngiltərə yazıçısı və publisistidir. O, "Dünyaların müharibəsi", "Zaman maşını", "Görünməz insan" və s. kitabların müəllifidir.
© Photo : National Portrait Gallery London Herbert Uells
Herbert Uells
© Photo : National Portrait Gallery London
Stiven Kinq (1947) - qorxu, triller, fantastika, mistika, dram, detektiv də daxil olmaqla müxtəlif janrlarda yazan amerikalı yazıçıdır. Onun kitabları 400 milyon nüsxədən çox satılıb və çoxlu bədii filmlər və seriallar çəkilib. Yazıçı "Kerri", "Ölü zona", "Qaçan adam", "O" və s. əsərlərin müəllifidir.
© AP Photo / Elise Amendola, fileStiven Kinq
Stiven Kinq
© AP Photo / Elise Amendola, file
Bill Mürrey (1950) - amerikalı aktyor, komediyaçı, kinorejissor, ssenarist və prodüserdir. O, iki "Emmi", "Qızıl Qlobus" və BAFTA mükafatlarının laureatıdır. O, daha çox "Kabus ovçuları", "Tərcümənin çətinlikləri", "Çarlinin mələkləri" və s. filmlərdəki rolları ilə tanınıb.
© AP Photo / Richard ShotwellBill Murray
Bill Murray
© AP Photo / Richard Shotwell
Meqqi Qreys (1983) - ABŞ kino aktrisasıdır. O, "Girov" və "Sağ qalmaq" filmlərindəki rolları ilə tanınır.
© AP Photo / Omar VegaMeqqi Qreys
Meqqi Qreys
© AP Photo / Omar Vega
21 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1776-cı ildə Nyu-Yorkda Böyük yanğın baş verib. Yanğın şəhər binalarının 10-25%-ni məhv edib.
1964-cü ildə Malta Böyük Britaniyadan müstəqillik əldə edib.
1981-ci ildən məhz bu gün Beynəlxalq Sülh Günü kimi qeyd edilir.
1993-cü ildə Rusiya Prezidenti Boris Yeltsin Ali Sovetin buraxılması haqqında fərman imzalayıb.
1994-cü ildən etibarən hər il məhz bu gün dünyada Alzheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.