https://sputnik.az/20240921/rusiya-silahli-quvvelerinin-bas-herbi-polis-daresinin-rehberliyi-azerbaycana-gelib--467558902.html
Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsinin rəhbərliyi Azərbaycana gəlib
Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsinin rəhbərliyi Azərbaycana gəlib
Sputnik Azərbaycan
Rusiya nümayəndə heyəti, həmçinin hərbi polis bölmələrinin istifadəsində olan müasir silah və texnika, inzibati bina, idman zalı və avtomobil parkı ilə tanış... 21.09.2024, Sputnik Azərbaycan
2024-09-21T17:33+0400
2024-09-21T17:33+0400
2024-09-21T17:33+0400
hərbi
rusiya
polis
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/09/15/467559331_0:52:1000:615_1920x0_80_0_0_520fb41d4e1e52bea3e123a1bbbe6611.jpg
BAKI, 21 sentyabr - Sputnik. Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüşdə" iştirak etmək məqsədilə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsi rəisinin müavini general-mayor Kox Vitaliyin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdiriblər.Sonra Hərbi Polis İdarəsinə gələn Rusiya nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.Hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Rusiya nümayəndə heyəti, həmçinin hərbi polis bölmələrinin istifadəsində olan müasir silah və texnika, inzibati bina, idman zalı və avtomobil parkı ilə tanış olub.Daha sonra xatirə kitabına ürək sözləri yazılıb.Rusiyalı qonaqlar səfər çərçivəsində Hərbi Polis İdarəsinin tabeliyində olan "N" hərbi hissəsini ziyarət edib, təlim poliqonunda hərbi polis bölmələrinin yaşayış məntəqəsi və hərbi obyektlərdə axtarış-xilasetmə fəaliyyəti, silahlıların zərərsizləşdirilməsi və hərbi əsirlərin təxliyə olunması üzrə nümayiş məşğələsini izləyiblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/15/467559331_56:0:945:667_1920x0_80_0_0_b534fbe24cd828c0a6fa0fd031f2451a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, polis, rusiya müdafiə nazirliyi
rusiya, polis, rusiya müdafiə nazirliyi
Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsinin rəhbərliyi Azərbaycana gəlib
Rusiya nümayəndə heyəti, həmçinin hərbi polis bölmələrinin istifadəsində olan müasir silah və texnika, inzibati bina, idman zalı və avtomobil parkı ilə tanış olub.
BAKI, 21 sentyabr - Sputnik. Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüşdə" iştirak etmək məqsədilə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsi rəisinin müavini general-mayor Kox Vitaliyin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdiriblər.
Sonra Hərbi Polis İdarəsinə gələn Rusiya nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiya nümayəndə heyəti, həmçinin hərbi polis bölmələrinin istifadəsində olan müasir silah və texnika, inzibati bina, idman zalı və avtomobil parkı ilə tanış olub.
Daha sonra xatirə kitabına ürək sözləri yazılıb.
Rusiyalı qonaqlar səfər çərçivəsində Hərbi Polis İdarəsinin tabeliyində olan "N" hərbi hissəsini ziyarət edib, təlim poliqonunda hərbi polis bölmələrinin yaşayış məntəqəsi və hərbi obyektlərdə axtarış-xilasetmə fəaliyyəti, silahlıların zərərsizləşdirilməsi və hərbi əsirlərin təxliyə olunması üzrə nümayiş məşğələsini izləyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.