Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi birliklərimiz birgə hərəkət etməyə hazırdırlar - Qazaxıstanın müdafiə naziri

© AR Ministry of DefenceBirgə taktiki təlimin məşqləri zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər
Birgə taktiki təlimin məşqləri zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər - Sputnik Azərbaycan, 1920, 21.09.2024
Abunə olmaq
Ruslan Jaksılıkov deyib ki, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlıları birgə hərəkət edə bildiklərini nümayiş etdiriblər.
BAKI, 21 sentyabr - Sputnik. Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.
Bunu Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov ölkəsində Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi barədə danışarkən deyib.
O söyləyib ki, təlimlər bunu bir daha göstərib: “Ortaq əməliyyat nəticəsində gördük ki, adı çəkilən ölkələrin hərbi birləşmələri birgə hərəkət edə bilərlər”.
Nazir, həmçinin qeyd edib ki, xüsusilə terror təhdidinə qarşı birgə səylər daha da gücləndirilir (Report).
Qeyd edək ki, "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi sentyabrın 12-də başlayıb və on gün davam edib.
Xəbər lenti
0