https://sputnik.az/20240921/dubayda-ucan-taksiler-istifadeye-verilecek-467483624.html
Dubayda uçan taksilər istifadəyə veriləcək
Dubayda uçan taksilər istifadəyə veriləcək
Sputnik Azərbaycan
Xalid Əl Avadi bildirib ki, Böyük Britaniyanın "Skyports" kompaniyası ilə birlikdə "şaquli liman" stansiyasının layihələndirilməsinə başlayıblar. 21.09.2024, Sputnik Azərbaycan
2024-09-21T23:29+0400
2024-09-21T23:29+0400
2024-09-21T23:29+0400
dubay
dünya xəbərləri
taksi
taksi xidməti
birləşmiş ərəb əmirlikləri
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/41426/29/414262923_0:160:3072:1888_1920x0_80_0_0_f3266ac66b91a8c5b39aa5423a9c2266.jpg
BAKI, 21 sentyabr — Sputnik. 2026-cı ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçan taksilər istifadəyə veriləcək. Bu barədə Dubayın nəqliyyat və avtomobil yolları idarəsinin (RTA) nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadi məlumat verib. "2026-cı ilin birinci rübündə uçan taksi xidmətini işə salmaq planımız var. Hazırda ABŞ-ın "Joby Aviation" kompaniyası ilə avtomobilin sınaqları və sertifikatlaşdırılması üzərində işləyirik. Eyni zamanda, Böyük Britaniyanın "Skyports" kompaniyası ilə birlikdə "şaquli liman" stansiyasının layihələndirilməsinə başlayırıq", o, bildirib. Onun sözlərinə görə, Dubayda taksilər üçün "dörd şaquli" hava limanının tikintisi planlaşdırılır. Onlardan ikisi 2026-cı ilin əvvəlində istifadəyə veriləcək. Hava taksiləri üçün infrastruktur obyektləri ilə yanaşı, monitorinq və mühafizə xidməti də qurulacaq. "General Motors" kompaniyası ilə birgə hazırlanan pilotsuz taksilərə gəlincə, onlar Dubayda 2025-ci ildə fəaliyyətə başlayacaq. Hazırda pilotsuz taksilər sınaq mərhələsindədir. "2035-ci ilədək Dubayda bütün taksilərinin elektrikli olması planlaşdırılır. 2050-ci ilədək isə bütün avtobus parkı da elektriklə işləyən avtobuslardan ibarət olacaq", Xalid Əl Avadi əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
dubay
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41426/29/414262923_171:0:2902:2048_1920x0_80_0_0_47670f748dd4242fdf5923e43ebaa073.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dubay, taksi, taksi xidməti, birləşmiş ərəb əmirlikləri, böyük britaniya
dubay, taksi, taksi xidməti, birləşmiş ərəb əmirlikləri, böyük britaniya
Dubayda uçan taksilər istifadəyə veriləcək
Xalid Əl Avadi bildirib ki, Böyük Britaniyanın "Skyports" kompaniyası ilə birlikdə "şaquli liman" stansiyasının layihələndirilməsinə başlayıblar.
BAKI, 21 sentyabr — Sputnik. 2026-cı ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçan taksilər istifadəyə veriləcək.
Bu barədə Dubayın nəqliyyat və avtomobil yolları idarəsinin (RTA) nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadi məlumat verib.
"2026-cı ilin birinci rübündə uçan taksi xidmətini işə salmaq planımız var. Hazırda ABŞ-ın "Joby Aviation" kompaniyası ilə avtomobilin sınaqları və sertifikatlaşdırılması üzərində işləyirik. Eyni zamanda, Böyük Britaniyanın "Skyports" kompaniyası ilə birlikdə "şaquli liman" stansiyasının layihələndirilməsinə başlayırıq", o, bildirib.
Onun sözlərinə görə, Dubayda taksilər üçün "dörd şaquli" hava limanının tikintisi planlaşdırılır. Onlardan ikisi 2026-cı ilin əvvəlində istifadəyə veriləcək. Hava taksiləri üçün infrastruktur obyektləri ilə yanaşı, monitorinq və mühafizə xidməti də qurulacaq. "General Motors" kompaniyası ilə birgə hazırlanan pilotsuz taksilərə gəlincə, onlar Dubayda 2025-ci ildə fəaliyyətə başlayacaq. Hazırda pilotsuz taksilər sınaq mərhələsindədir.
"2035-ci ilədək Dubayda bütün taksilərinin elektrikli olması planlaşdırılır. 2050-ci ilədək isə bütün avtobus parkı da elektriklə işləyən avtobuslardan ibarət olacaq", Xalid Əl Avadi əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.