https://sputnik.az/20240921/bal-arisinin-zeheri-xerceng-huceyrelerini-mehv-edir-467557028.html
Bal arısının zəhəri xərçəng hüceyrələrini məhv edir
Bal arısının zəhəri xərçəng hüceyrələrini məhv edir
Sputnik Azərbaycan
Melittin xərçəng hüceyrələrinin membranlarını cəmi 60 dəqiqə ərzində yox edə bilir. 21.09.2024, Sputnik Azərbaycan
2024-09-21T22:58+0400
2024-09-21T22:58+0400
2024-09-21T22:58+0400
elm
bal
bal
bal arısı
700 bal toplayan qız
xərçəng
xərçəng hüceyrələri
https://cdnn1.img.sputnik.az/img/40734/11/407341134_0:158:3079:1890_1920x0_80_0_0_a1fc4d8610aa15bf8e2b53585d7350d4.jpg
BAKI, 21 sentyabr - Sputnik. Harri Perkins İnstitutunun və Qərbi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, bal arılarının zəhərində olan melittin peptidi xərçəng hüceyrələrini məhv edə bilər.Araşdırmanın nəticələri “NPJ Nature Precision Oncology” jurnalında dərc edilib.Alimlər Pert (Qərbi Avstraliya), İrlandiya və İngiltərədən olan 312 bal arısı və eşşəkarısının zəhərini tədqiq edərkən melittinin unikal antikanserogen xüsusiyyətlərini aşkar ediblər.Bu peptidi süd vəzi xərçəngi olan siçanlara yeritdikdən sonra araşdırmaçılar onun son dərəcə güclü olduğunu aşkar ediblər – melittin xərçəng hüceyrələrinin membranlarını cəmi 60 dəqiqə ərzində yox edə bilir.Yeridildikdən 20 dəqiqə sonra melittin xərçəng hüceyrələrinin böyüməsi və bölünməsi üçün gərəkli kimyəvi siqnalları basdırmaq qabiliyyətini nümayiş etdirib.Elm adamları həmçinin müəyyən ediblər ki, melittin kiçik molekullar və ya dosetaksel kimi kimyaterapiya dərmanları ilə birlikdə süd vəzinin aqressiv formalarının müalicəsində effektiv ola bilər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, melittin və dosetakselin birləşməsi şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladır (Report).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40734/11/407341134_175:0:2906:2048_1920x0_80_0_0_0509694aff81ab0482dc0c3e16cd9953.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bal, bal, bal arısı, 700 bal toplayan qız, xərçəng, xərçəng hüceyrələri
bal, bal, bal arısı, 700 bal toplayan qız, xərçəng, xərçəng hüceyrələri
Bal arısının zəhəri xərçəng hüceyrələrini məhv edir
Melittin xərçəng hüceyrələrinin membranlarını cəmi 60 dəqiqə ərzində yox edə bilir.
BAKI, 21 sentyabr - Sputnik. Harri Perkins İnstitutunun və Qərbi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, bal arılarının zəhərində olan melittin peptidi xərçəng hüceyrələrini məhv edə bilər.
Araşdırmanın nəticələri “NPJ Nature Precision Oncology” jurnalında dərc edilib.
Alimlər Pert (Qərbi Avstraliya), İrlandiya və İngiltərədən olan 312 bal arısı və eşşəkarısının zəhərini tədqiq edərkən melittinin unikal antikanserogen xüsusiyyətlərini aşkar ediblər.
Bu peptidi süd vəzi xərçəngi olan siçanlara yeritdikdən sonra araşdırmaçılar onun son dərəcə güclü olduğunu aşkar ediblər – melittin xərçəng hüceyrələrinin membranlarını cəmi 60 dəqiqə ərzində yox edə bilir.
Yeridildikdən 20 dəqiqə sonra melittin xərçəng hüceyrələrinin böyüməsi və bölünməsi üçün gərəkli kimyəvi siqnalları basdırmaq qabiliyyətini nümayiş etdirib.
Elm adamları həmçinin müəyyən ediblər ki, melittin kiçik molekullar və ya dosetaksel kimi kimyaterapiya dərmanları ilə birlikdə süd vəzinin aqressiv formalarının müalicəsində effektiv ola bilər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, melittin və dosetakselin birləşməsi şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladır (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.