DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şimali Koreya Xarici İşlər Nazirliyi: Rusiya Ukrayna münaqişəsində qalib gələcək

© AP Photo / Ahn Young-joonŞimali Koreya
Şimali Koreya - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Abunə olmaq
KXDR Xarici İşlər Nazirliyi Rusiya xalqının Ukraynada qələbə qazanacağına və sülhü təmin edəvəyinə əmin olduğunu bildirib.
BAKI, 20 sentyabr — Sputnik. Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiya xalqına dəstəyini ifadə edir və Rusiyanın hazırkı Ukrayna münaqişəsində qalib gələcəyinə əminliyini bildirir.
Bu barədə "RİA Novosti" Şimali Koreya xarici işlər naziri Tsoy Son Hinin IV Avrasiya Qadınlar Forumunda çıxışı zamanı söylədiklərinə istinadən xəbər verib.

"Biz əminik ki, Rusiya xalqı qələbə qazanacaq, sülh və sabitliyi təmin edəcək. Şimali Koreya hökuməti və xalqı Rusiya Federasiyasının ordusuna və xalqına tam dəstəyini ifadə edir", - nazir qeyd edib.

Xatırladaq ki, sentyabrın 18-20-də Sankt-Peterburqda Rusiya Federasiya Şurası və Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə IV Avrasiya Qadınlar Forumu keçirilir. Rusiya prezidenti bu Forumda iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0