Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiyanın Aleksandrinski teatrı 42 il sonra yenidən Azərbaycandadır

© Sputnik / Murad Orujov "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Sankt-Peterburq Aleksandrinski teatrının rəhbər heyəti ilə görüş
 Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Sankt-Peterburq Aleksandrinski teatrının rəhbər heyəti ilə görüş  - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Abunə olmaq
Adıçəkilən teatrın kollektivi sonuncu dəfə 1982-ci ildə Bakıda qastrol səfərində olub.
BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 20-də "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Sankt-Peterburq Aleksandrinski teatrının rəhbər heyəti ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də iştirak edib.
Aleksandrinski teatrının direktoru Aleksandr Maliç Azərbaycan tamaşaçısının onları necə böyük hərarət və sevgi ilə qarşılamasından heyrətləndiyini və bu qədər isti münasibətə yalnız şad olduğunu bildirib. Eyni zamanda o, Hüseyn Cavidin "İblis" tamaşasının da Sankt-Peterburqda böyük uğur qazandığını və eyni sevgi ilə qarsalandığını qeyd edib.
© Sputnik / Murad Orujov "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Sankt-Peterburq Aleksandrinski teatrının rəhbər heyəti ilə görüş
Творческий коллектив петербургского Александринского театра в Мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan, 1920, 20.09.2024
"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Sankt-Peterburq Aleksandrinski teatrının rəhbər heyəti ilə görüş
Suallara cavab verən M. Ələkbərzadə bildirib ki, Azərbaycan Milli teatr tarixində ilk dəfə olaraq bir tamaşanın premyerası ilk dəfə başqa bir dövlətin səhnəsində baş tutub.

"Aleksandrinski teatrının səhnəsində çox böyük uğurla baş tutan premyeradan sonra həmin əsər oktyabr ayında Azərbaycan tamaşaçısına da təqdim ediləcək", – M.Ələkbərzadə bildirib.

Tədbir iştirakçıları tərəfindən verilən sualları cavablandıran qonaqlar gələcək planlar barədə də fikir mübadiləsi aparıblar.
© Sputnik / Murad Orujov "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Sankt-Peterburq Aleksandrinski teatrının rəhbər heyəti ilə görüş
Творческий коллектив петербургского Александринского театра в Мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan, 1920, 20.09.2024
"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Sankt-Peterburq Aleksandrinski teatrının rəhbər heyəti ilə görüş
Tədbirin sonunda Rusiyanın incəsənət xadimləri göstərdikləri qonaqpərvərliyə və diqqətə görə Azərbaycan xalqına təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, Aleksandrinski teatrı sonuncu dəfə 1982-ci ildə Bakıda qastrol səfərində olub. Beləliklə, iki, hətta üç nəsil Bakı sakinləri üçün bu, həmin teatrla ilk tanışlıq olacaq.
Qeyd edək ki, Aleksandrinski teatrı 30 август 1756-cı ildə yaradılıb. Teatr 1832-ci ildən imperator I Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın şərəfinə Aleksandrinski adlandırılmağa başlanıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Rusiyanın ən qədim teatrlarından birinin səhnələşdirdiyi Nikolay Qoqolun məşhur "Evlilik" pyesi nümayiş olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0