Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya şirkətindən Azərbaycandan İrana dəmir yolu xətti ilə bağlı maraqlı layihə

© Sputnik / Павел ЛисицынRusiya
Rusiya  - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Abunə olmaq
Rusiya Federasiyasından İrana yeni marşrut xətti çərçivəsində İmişli və Parsabadın dəmir yolu ilə birləşdirilməsi təklif edilir.
BAKI, 20 sentyabr — Sputnik. Rusiyanın "VTB – layihə ofisi" şirkəti Rusiya hökumətinə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) inkişafı layihəsini təqdim edib və bu layihə çərçivəsində Rəşt-Astara yoluna alternativ olaraq Azərbaycandan İrana yeni dəmir yolu marşrutunun yaradılmasını təklif edib.
Şirkətin "Şimal-Cənub" BND – Rusiyadan İranın cənub limanlarına qədər yüklərin daşınması üçün qüsursuz texnologiya" adlı təqdimatına əsasən, İmişli (Azərbaycan) və Parsabad (İran) dəmir yolu ilə birləşdirilməsi təklif edilir.
"VTB – layihə ofisi" layihəsi çərçivəsində Rusiya Federasiyasının sərhədlərindən İranın cənub limanına qədər Azərbaycan ərazisindən keçməklə 1520 mm-lik vahid yol ilə yeni dəmir yolunun tikintisini təklif edir. Həmçinin bütün marşrut üzrə beynəlxalq daşımaları idarə etmək üçün rəqəmsal platforma da yaradılacaq.
Şirkət Azərbaycanla İran arasında yeni dəhliz çərçivəsində üç marşrut təklif edir və hər marşrut üzrə üç marşrut variantının yaradılması təklif olunur. Yeni marşrut üzrə yükdaşımanın proqnozlaşdırılan həcmi 2030-cu ilə qədər ildə 30 milyon ton təşkil edəcək.
Marşrutun yük bazasını taxıl, konteynerlər, metallar, gübrələr, kömür və neft-kimya məhsulları təşkil edir. Yeni marşrutun tikintisinə 2025-ci ilin sonunda başlanılması, 2031-ci ildə isə başa çatdırılması planlaşdırılır.
"Şimal-Cənub" BND Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) qədər olan multimodal marşrutdur, dəhlizin uzunluğu 7,2 min km-dir. Bu dəhliz çərçivəsində üç marşrut - transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), eləcə də qərb (Azərbaycan vasitəsilə) və şərq (Qazaxıstan və Türkmənistan ərazisindən) quru yolları mövcuddur.
Rusiya və İran 2023-cü ilin mayında "Şimal-Cənub" qərb marşrutu üzrə dəmir yolunun Rəştdən Astaraya qədər olan 1,6 milyard avro dəyərində sonuncu zəruri hissəsinin tamamlanması ilə bağlı sənədlər imzalayıblar. Bu vəsaitin 1,3 milyard avrosu Rusiya Federasiyasının krediti, qalanı isə İran tərəfinin vəsaitidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0