https://sputnik.az/20240920/rusiya-macaristan-ile-bagli-razilasmalari-yerine-yetireceyine-soz-verib---siyarto-467546375.html
Rusiya Macarıstan ilə bağlı razılaşmaları yerinə yetirəcəyinə söz verib - Siyarto
Rusiya Macarıstan ilə bağlı razılaşmaları yerinə yetirəcəyinə söz verib - Siyarto
Sputnik Azərbaycan
Macar nazir bildirib ki, Rusiya Macarıstanı əmin edib ki, o, Macarıstanın enerji təhlükəsizliyini təmin etmək üçün sazişlərin həyata keçirilməsinə sadiqdir. 20.09.2024, Sputnik Azərbaycan
2024-09-20T18:49+0400
2024-09-20T18:49+0400
2024-09-20T22:08+0400
enerji
neft-qaz
türk axını
rusiya
macarıstan
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150212_0:160:3071:1887_1920x0_80_0_0_a1d2acd944955caf858a8a94d32b9e91.jpg
BAKI, 20 sentyabr — Sputnik. Macarıstan 2024-cü ildə "Türk axını" ilə Rusiyadan 5,3 milyard kubmetr qaz alıb. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib. Onun sözlərinə görə, bu həcm 2023-cü ildə Macarıstanın ümumi illik istehlakından bir qədər azdır. Siyarto deyib ki, "Türk axını" qaz kəməri sayəsində Macarıstana Ukraynanın 2025-ci ildən Rusiya Federasiyasından qazın öz ərazisindən tranzitini uzadıb-uzatmayacağının heç bir əhəmiyyəti yoxdur. Macar nazir bildirib ki, Rusiya Macarıstanı əmin edib ki, o, Macarıstanın enerji təhlükəsizliyini təmin etmək üçün sazişlərin həyata keçirilməsinə sadiqdir. "Bu gün nazir Muraşko və Rusiya hökumət nümayəndə heyətinin üzvləri bizi əmin etdilər ki, onlar Macarıstanın enerji təchizatının təhlükəsizliyi üçün zəruri olan bütün razılaşmaları yerinə yetirməyə sadiqdirlər", - Siyarto qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150212_171:0:2900:2047_1920x0_80_0_0_1e48af2149efed72ad4428b2b7b7771a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
enerji, türk axını, rusiya, macarıstan
enerji, türk axını, rusiya, macarıstan
Rusiya Macarıstan ilə bağlı razılaşmaları yerinə yetirəcəyinə söz verib - Siyarto
18:49 20.09.2024 (Yenilənib: 22:08 20.09.2024) Macar nazir bildirib ki, Rusiya Macarıstanı əmin edib ki, o, Macarıstanın enerji təhlükəsizliyini təmin etmək üçün sazişlərin həyata keçirilməsinə sadiqdir.
BAKI, 20 sentyabr — Sputnik. Macarıstan 2024-cü ildə "Türk axını" ilə Rusiyadan 5,3 milyard kubmetr qaz alıb. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, bu həcm 2023-cü ildə Macarıstanın ümumi illik istehlakından bir qədər azdır.
Siyarto deyib ki, "Türk axını" qaz kəməri sayəsində Macarıstana Ukraynanın 2025-ci ildən Rusiya Federasiyasından qazın öz ərazisindən tranzitini uzadıb-uzatmayacağının heç bir əhəmiyyəti yoxdur.
"Türk axını sayəsində, bir çox digər Avropa ölkələrindən fərqli olaraq, gələn il Rusiya qazının Ukrayna ərazisindən keçib-keçməməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bunlar bizim problemimiz deyil, bunun bizə aidiyyəti yoxdur, çünki biz əvvəlcədən "Türk axını" qurmuşuq", - Siyarto bildirib.
Macar nazir bildirib ki, Rusiya Macarıstanı əmin edib ki, o, Macarıstanın enerji təhlükəsizliyini təmin etmək üçün sazişlərin həyata keçirilməsinə sadiqdir.
"Bu gün nazir Muraşko və Rusiya hökumət nümayəndə heyətinin üzvləri bizi əmin etdilər ki, onlar Macarıstanın enerji təchizatının təhlükəsizliyi üçün zəruri olan bütün razılaşmaları yerinə yetirməyə sadiqdirlər", - Siyarto qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.