https://sputnik.az/20240920/ran-ve-hizbullah-sraile-cavab-verecek---fidan-467503493.html
İran və Hizbullah İsrailə cavab verəcək - Fidan
İran və Hizbullah İsrailə cavab verəcək - Fidan
Sputnik Azərbaycan
Sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri, o cümlədən peycerlər partladılıb. 20.09.2024, Sputnik Azərbaycan
2024-09-20T08:43+0400
2024-09-20T08:43+0400
2024-09-20T08:43+0400
hakan fidan
livan
partlayış
partlayış
dünya xəbərləri
türkiyə
xarici işlər naziri
"hizbullah"
"hizbullah" təşkilatı
hizbullah
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644943_0:0:2994:1685_1920x0_80_0_0_a6a1214dfea0fa8a8e15cb3dc79449ee.jpg
BAKI, 20 sentyabr — Sputnik. İran və Hizbullah hərəkatı İsrailə Livanda apardığı əməliyyata cavab verəcək. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. "Son iki gündə Livanda baş verən partlayışlar fürsət əməliyyatı hesab olunur. Amma bir fərq var ki, bu, genişmiqyaslı əməliyyatdır. İlk gün Livanın baş nazirinə zəng vurub dedim ki, biz hər cür tibbi yardıma hazırıq. Biz görürük ki, İsrail Livana qarşı hücumları artırmağa başlayıb. İran və Hizbullah cavab verəcək", – Fidan Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində bildirib. Sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri, o cümlədən peycerlər partladılıb. Rəsmi məlumatlara görə, 32 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. Minlərlə cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik məlum deyil. Hizbullah və Livan səlahiyyətliləri hadisədə İsraili günahlandırıb. İsrail hakimiyyəti hələ ki, hadisələrdə iştirakını nə təsdiq, nə də təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Livanda baş verənləri dəhşətli terror aktı və böyük münaqişənin qızışdırılması cəhdi adlandırıb.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644943_110:0:2841:2048_1920x0_80_0_0_314837e4563e067f721b11aeaa7f0681.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
hakan fidan, livan, partlayış, partlayış, türkiyə, xarici işlər naziri, "hizbullah", "hizbullah" təşkilatı, hizbullah, iran, iran, israil, cavab, müsahibə, müsahibə
hakan fidan, livan, partlayış, partlayış, türkiyə, xarici işlər naziri, "hizbullah", "hizbullah" təşkilatı, hizbullah, iran, iran, israil, cavab, müsahibə, müsahibə
İran və Hizbullah İsrailə cavab verəcək - Fidan
Sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri, o cümlədən peycerlər partladılıb.
BAKI, 20 sentyabr — Sputnik. İran və Hizbullah hərəkatı İsrailə Livanda apardığı əməliyyata cavab verəcək. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Son iki gündə Livanda baş verən partlayışlar fürsət əməliyyatı hesab olunur. Amma bir fərq var ki, bu, genişmiqyaslı əməliyyatdır. İlk gün Livanın baş nazirinə zəng vurub dedim ki, biz hər cür tibbi yardıma hazırıq. Biz görürük ki, İsrail Livana qarşı hücumları artırmağa başlayıb. İran və Hizbullah cavab verəcək", – Fidan Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində bildirib.
Sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri, o cümlədən peycerlər partladılıb. Rəsmi məlumatlara görə, 32 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. Minlərlə cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik məlum deyil. Hizbullah və Livan səlahiyyətliləri hadisədə İsraili günahlandırıb. İsrail hakimiyyəti hələ ki, hadisələrdə iştirakını nə təsdiq, nə də təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Livanda baş verənləri dəhşətli terror aktı və böyük münaqişənin qızışdırılması cəhdi adlandırıb.