DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NYT: Livanlılar yeni partlayışlardan qorxduqları üçün elektron cihazları söndürürlər

© iStock.com / Isaac LeePeycer
Peycer - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Abunə olmaq
Nəş qeyd edib ki, Livan sakinləri indi bütün cihazlara, o cümlədən televizorlara və notbuklara etibar etmirlər.
BAKI, 20 sentyabr — Sputnik. Livan sakinləri peycer partlayışları fonunda növbəti partlayışlardan qorxaraq bütün elektron cihazları və qurğuları söndürürlər. Bu barədə "RİA Novosti" agentliyi "New York Times" qəzetinə istinadən xəbər verib.
Sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri, o cümlədən peycerlər və ratsiyalar partladılıb. Rəsmi məlumatlara görə, 37 nəfər həlak olub, üç mindən çox insan yaralanıb. "Hizbullah" və Livan hakimiyyəti baş verənlərə görə İsraili günahlandırıb. İsrail hakimiyyəti hələ ki, öz iştirakını nə təsdiq, nə də təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Livanda baş verənləri dəhşətli terror aktı və böyük münaqişənin qızışdırılması cəhdi adlandırıb.
"Hücumlar üzündən bir çox livanlı digər qurğuların partlaya biləcəyindən qorxur. Bəziləri məişət cihazlarını söndürüblər. Digərləri isə evlərini enerji ilə təmin edən çeviriciləri və günəş qurğularını elektrik enerjisindən ayırıblar. Çoxları telefonlarını bədənlərindən uzaqlaşdırır və zənglərə cavab verməkdən imtina edirlər", - qəzet yazır.
Nəş qeyd edib ki, Livan sakinləri indi bütün cihazlara, o cümlədən televizorlara və notbuklara etibar etmirlər.
Bu yaxınlarda Livanın Mülki Aviasiya İdarəsi Beyrut Beynəlxalq Hava Limanından uçan sərnişinlərə təyyarələrdə peycerlərin və ratsiyaların daşınmasını qadağan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0