https://sputnik.az/20240920/minalar-xaraba-qalmis-seherler-yeni-marsal-plani-ise-yarayacaqmi-467503836.html
Minalar, xaraba qalmış şəhərlər: Yeni Marşal planı işə yarayacaqmı?
Minalar, xaraba qalmış şəhərlər: Yeni Marşal planı işə yarayacaqmı?
Sputnik Azərbaycan
Millət vəkili Zahid Oruc deyir ki, belə bir açıqlamanın verilməsi ərazilərin bərpasının nə qədər böyük resusrs tələb etdiyini göstərir. 20.09.2024, Sputnik Azərbaycan
2024-09-20T12:45+0400
2024-09-20T12:45+0400
2024-09-20T12:45+0400
təhlil
plan
politoloq
ermənistan
ilyas hüseynov
millət vəkili
zahid oruc
zahid oruc
deputat zahid oruc
millət vəkili zahid oruc
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348319_0:320:3073:2048_1920x0_80_0_0_46cedbec164659274c103611a336ab0e.jpg
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır. Prezidentinin köməkçisi sözlərinə görə, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: "İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur". Bəs Marşal planı nədir? Marşal planı Qərbi Avropaya xarici yardım göstərmək üçün 1948-ci ildə qəbul edilmiş ABŞ təşəbbüsüdür. ABŞ İkinci Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində həmin dövr üçün 13,3 milyard dollar yardım edib. BU təşəbbüs Morgentau planını əvəz edərək 3 aprel 1948-ci ildən başlayaraq dörd il fəaliyyət göstərib.Lakin 1951-ci ildə Qarşılıqlı Təhlükəsizlik Aktı ilə əvəz olunub. ABŞ-nin məqsədləri müharibə zamanı dağılmış bölgələri bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, sənayeni modernləşdirmək, Avropanın rifahını yaxşılaşdırmaq və kommunizmin yayılmasının qarşısını almaq olub. Marşal planı dövlətlərarası maneələrin azaldılmasını və Avropa qitəsinin iqtisadi inteqrasiyasını, eyni zamanda məhsuldarlığın artırılmasını və müasir biznes prosedurlarının qəbulunu təşviq edirdi. Azərbaycan Marşla planı ilə nəyə nail olmaq istəyir? Mövzu ilə bağlı millət vəkili Zahid Oruc və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıblar. Millət vəkili Zahid Oruc deyir ki, belə bir açıqlamanın verilməsi ərazilərin bərpasının nə qədər böyük resusrs tələb etdiyini göstərir:"Azərbaycana minatəmizləmə əməliyyatlarında çox məhdud saylı yardımlara varş. Qlobal platformalarda əsas dövlətlərin donorluğu və yardımı olmadan bu işi tezliklə başa çatdırmaq qeyri-mümkündür. Məsələ burasındadır ki, Azərbaycana qlobal nimzamı idarə edən ölkələrin bu istiqamıətdə yardımları sıfır vəziyyətindədir. Bununla yanaşı böyük bir coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı bu arealda böyük işlər görə bilər. Doğrudur, onlar kiçik infrastruktur layihələrinə maliyyə ayırırlar, lakin hələlik bir kəndin, qəsəbənin, tikintisini üzərlərinə götürməyiblər. Bu baxımdan Türk dövlətləri Marşal planının bir hisəssi ola bilər. O cümlədən, 56 üzvü olan İslam Əməkdaşlıq Təşkilatı bir çağırışıla yüzmilyonlarla dollar vəsaiti Qarabağın bərpasına da yönəldə bilər. Biz ilk növbədə yüzminlərlə məcburi köçkünün təhlükəsiz şəraitdə öz torpaqlarına qayıdışını istəyirik". Millət vəkili deyir ki, bu donor vəsaitlərin cəlb edilməsində ilk növbədə Azərbaycana dost olan ölkələr fəallıq göstərməlidirlər:"Bu gün Ukraynaya yüz milyardlarla dollar yardımlar edilir. Amma nədənsə, Azərbaycandakı vəziyyət gözardı edilir. Biz Qarabağı Ermənistanın pulu ilə bərpa etməyi qarşımıza məqsəd qoymamışıq. Əlbəttə, bu da qeyd olunmalıdır ki, Ermənistan törətdiyi işğal faktına və vurduğu ziyana görə məsuliyyət daşıyır və təzminat məsələsi qüvvədədir". Onun sözlərinə görə, indiki halda böyük dövlətlər kəndlərin, qəsəbələrin tikintisini üzərinə götürsəydi, qayıdış prosesinin sürətlənməsinə töhfə vemriş olardı:Politoloq İlyas Hüseynov da bildirir ki, ikinci Qarabağ müharibəsindən sonra bölgədə geniş miqyaslı quruculuq işlər həyata keçirir, mina təizləmə əməliyyatları aparılır:"Bütün bu işlərin başa çatdırılması üçün böyük vəsait tələb olunur. Azərbaycan dövləti təkbaşına bu yükün altına girməsi çox çətindir. Təəssüf olsun ki, beynəlxalq donor təşkilatları bu prosesə biganə yanaşırlar, onların proses üçün ayırdıqları vəsaitlər çox cüzidir. Paradoksal məqam ondan ibarətdir ki, Azərbaycan bütün bu işləri öz vəsaiti hesabına həyata keçirdiyi bir vaxtda, maliyyə yardımları Ermənistana ayrılır. Biz Avropa Sülh Fondunun, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana səxavətli yardımlarını görürük. Ermənistana ayrılan maliyyə vəsaitlərinin həcmi iki dəfə artırılıb və bu təəssüf doğuran məqamdır". Politoloq deyir ki, Ermənistan ayrılan vəsaitlər silahlanmaya xərclənir, yalnız revanşizmin güclənməsinə xidmət edir: "Düşünürən ki, rəsmi Bakının bu etirazları nəticə verəcək. Beynəlxalq donor təşkilatları Azərbaycanın Marşla planıma reaksiya verəcəklər". Politoloq qeyd edib ki, əvvəlki dövrlərdə olduğu kimi ikili standarlar işə salınıb. "Təəssüf ki, dünya siyasəti bu konyektura üzərində inkişaf edir. Azərbaycana dəymiş ziyan Ermənistan tərəfindən də ödənilməlidir. Dünya tarixində təzminatla bağlı nümunələr var. Bizim məsələdə isə yanaşma nədənsə, dalana dirənir. Hesab edirəm ki, Azərbaycan tərəfi Ermənistanın 30 illik işağl dövründə vurduğu ziyanın ödənilməsi tələbini yenidən işə salmalıdır", - politoloq qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348319_0:0:2731:2048_1920x0_80_0_0_8d3d046de3d36d61207385f3572df108.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
plan, politoloq, ermənistan, ilyas hüseynov, millət vəkili, zahid oruc, zahid oruc, deputat zahid oruc, millət vəkili zahid oruc, hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
plan, politoloq, ermənistan, ilyas hüseynov, millət vəkili, zahid oruc, zahid oruc, deputat zahid oruc, millət vəkili zahid oruc, hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
Minalar, xaraba qalmış şəhərlər: Yeni Marşal planı işə yarayacaqmı?
Millət vəkili Zahid Oruc deyir ki, belə bir açıqlamanın verilməsi ərazilərin bərpasının nə qədər böyük resusrs tələb etdiyini göstərir.
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır.
Prezidentinin köməkçisi sözlərinə görə, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: "İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur".
Marşal planı Qərbi Avropaya xarici yardım göstərmək üçün 1948-ci ildə qəbul edilmiş ABŞ təşəbbüsüdür. ABŞ İkinci Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində həmin dövr üçün 13,3 milyard dollar yardım edib. BU təşəbbüs Morgentau planını əvəz edərək 3 aprel 1948-ci ildən başlayaraq dörd il fəaliyyət göstərib.Lakin 1951-ci ildə Qarşılıqlı Təhlükəsizlik Aktı ilə əvəz olunub. ABŞ-nin məqsədləri müharibə zamanı dağılmış bölgələri bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, sənayeni modernləşdirmək, Avropanın rifahını yaxşılaşdırmaq və kommunizmin yayılmasının qarşısını almaq olub. Marşal planı dövlətlərarası maneələrin azaldılmasını və Avropa qitəsinin iqtisadi inteqrasiyasını, eyni zamanda məhsuldarlığın artırılmasını və müasir biznes prosedurlarının qəbulunu təşviq edirdi.
Azərbaycan Marşla planı ilə nəyə nail olmaq istəyir?
Mövzu ilə bağlı millət vəkili Zahid Oruc və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Zahid Oruc deyir ki, belə bir açıqlamanın verilməsi ərazilərin bərpasının nə qədər böyük resusrs tələb etdiyini göstərir:
"Azərbaycana minatəmizləmə əməliyyatlarında çox məhdud saylı yardımlara varş. Qlobal platformalarda əsas dövlətlərin donorluğu və yardımı olmadan bu işi tezliklə başa çatdırmaq qeyri-mümkündür. Məsələ burasındadır ki, Azərbaycana qlobal nimzamı idarə edən ölkələrin bu istiqamıətdə yardımları sıfır vəziyyətindədir. Bununla yanaşı böyük bir coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı bu arealda böyük işlər görə bilər. Doğrudur, onlar kiçik infrastruktur layihələrinə maliyyə ayırırlar, lakin hələlik bir kəndin, qəsəbənin, tikintisini üzərlərinə götürməyiblər. Bu baxımdan Türk dövlətləri Marşal planının bir hisəssi ola bilər. O cümlədən, 56 üzvü olan İslam Əməkdaşlıq Təşkilatı bir çağırışıla yüzmilyonlarla dollar vəsaiti Qarabağın bərpasına da yönəldə bilər. Biz ilk növbədə yüzminlərlə məcburi köçkünün təhlükəsiz şəraitdə öz torpaqlarına qayıdışını istəyirik".
Millət vəkili deyir ki, bu donor vəsaitlərin cəlb edilməsində ilk növbədə Azərbaycana dost olan ölkələr fəallıq göstərməlidirlər:
"Bu gün Ukraynaya yüz milyardlarla dollar yardımlar edilir. Amma nədənsə, Azərbaycandakı vəziyyət gözardı edilir. Biz Qarabağı Ermənistanın pulu ilə bərpa etməyi qarşımıza məqsəd qoymamışıq. Əlbəttə, bu da qeyd olunmalıdır ki, Ermənistan törətdiyi işğal faktına və vurduğu ziyana görə məsuliyyət daşıyır və təzminat məsələsi qüvvədədir".
Onun sözlərinə görə, indiki halda böyük dövlətlər kəndlərin, qəsəbələrin tikintisini üzərinə götürsəydi, qayıdış prosesinin sürətlənməsinə töhfə vemriş olardı:
"Bu gün azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün 25 il kimi bir vaxtdan danışılır. Bu proses üçün milyardlarla dollar tələb olunur. Hətta ermənilərin özü deyir ki, 30 il ərzində torpaqlar niyə bu günə salınıb? Azərbaycan dövləti bu gün beynəlxalq donor təşkilatlarının yardımlarına çox böyük ehtiyac duyur. Mən Milli Məclisdə çıxışımda da bildirim ki, beynəlxalq donor konfransı ilə bağlı dəvət göndərək. İndiki halda biz beynəlxalq nizamı müəyyənləşdirən ölkələrin vasitəsilə bu məsələdə nəticə əldə edə bilərik".
Politoloq İlyas Hüseynov da bildirir ki, ikinci Qarabağ müharibəsindən sonra bölgədə geniş miqyaslı quruculuq işlər həyata keçirir, mina təizləmə əməliyyatları aparılır:
"Bütün bu işlərin başa çatdırılması üçün böyük vəsait tələb olunur. Azərbaycan dövləti təkbaşına bu yükün altına girməsi çox çətindir. Təəssüf olsun ki, beynəlxalq donor təşkilatları bu prosesə biganə yanaşırlar, onların proses üçün ayırdıqları vəsaitlər çox cüzidir. Paradoksal məqam ondan ibarətdir ki, Azərbaycan bütün bu işləri öz vəsaiti hesabına həyata keçirdiyi bir vaxtda, maliyyə yardımları Ermənistana ayrılır. Biz Avropa Sülh Fondunun, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana səxavətli yardımlarını görürük. Ermənistana ayrılan maliyyə vəsaitlərinin həcmi iki dəfə artırılıb və bu təəssüf doğuran məqamdır".
Politoloq deyir ki, Ermənistan ayrılan vəsaitlər silahlanmaya xərclənir, yalnız revanşizmin güclənməsinə xidmət edir: "Düşünürən ki, rəsmi Bakının bu etirazları nəticə verəcək. Beynəlxalq donor təşkilatları Azərbaycanın Marşla planıma reaksiya verəcəklər".
Politoloq qeyd edib ki, əvvəlki dövrlərdə olduğu kimi ikili standarlar işə salınıb.
"Təəssüf ki, dünya siyasəti bu konyektura üzərində inkişaf edir. Azərbaycana dəymiş ziyan Ermənistan tərəfindən də ödənilməlidir. Dünya tarixində təzminatla bağlı nümunələr var. Bizim məsələdə isə yanaşma nədənsə, dalana dirənir. Hesab edirəm ki, Azərbaycan tərəfi Ermənistanın 30 illik işağl dövründə vurduğu ziyanın ödənilməsi tələbini yenidən işə salmalıdır", - politoloq qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.