https://sputnik.az/20240920/bu-gun-azerbaycanin-dovlet-suverenliyi-gunudur-467518326.html
Bu gün Azərbaycanın Dövlət Suverenliyi Günüdür!
Bu gün Azərbaycanın Dövlət Suverenliyi Günüdür!
Sputnik Azərbaycan
Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım... 20.09.2024, Sputnik Azərbaycan
2024-09-20T10:21+0400
2024-09-20T10:21+0400
2024-09-20T10:21+0400
zəfər günü
azərbaycan xəbərləri
suverenlik
gün
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/08/460377274_0:56:924:575_1920x0_80_0_0_ad9a27a4e0295920e85103b56c7425ae.jpg
BAKI, 20 sentyabr — Sputnik. Bu gün Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür. Sputnik Azərbaycan xəbər verir ki, dünən bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. "Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir", - Sərəncamda vurğulanıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Nazirlər Kabinetindən isə bildirilib ki, 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü olacaq. Qeyd edilib ki, Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, Dövlət Suverenliyi Günü iş günü hesab olunur: "Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/08/460377274_41:0:881:630_1920x0_80_0_0_13085cae1e15a5857a49485e73345682.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəfər günü, suverenlik, gün, azərbaycan
zəfər günü, suverenlik, gün, azərbaycan
Bu gün Azərbaycanın Dövlət Suverenliyi Günüdür!
Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
BAKI, 20 sentyabr — Sputnik. Bu gün Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür. Sputnik Azərbaycan xəbər verir ki, dünən bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir.
"Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir", - Sərəncamda vurğulanıb.
Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
"Əziz həmvətənlər! Dövlət Suverenliyi Günü münasibətilə sizi təbrik edirəm! Qoy qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun!", - deyə paylaşımda bildirilir.
Nazirlər Kabinetindən isə bildirilib ki, 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü olacaq. Qeyd edilib ki, Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, Dövlət Suverenliyi Günü iş günü hesab olunur: "Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.