Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycandan keçən Orta Dəhlizlə Çindən 300-ə yaxın konteyner blok qatarı daşınacaq

© Photo : Azerbaijan Railways CJSC"Azərbaycan Dəmir Yolları"nın qatarı, arxiv
Azərbaycan Dəmir Yollarının qatarı, arxiv  - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Abunə olmaq
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri bildirib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və tərsinə yük axınlarında artımın olduğu və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır.
BAKI, 20 sentyabr — Sputnik. Bu ilin sonuna qədər Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.
© Photo : Ministry of Digital Development and TransportRövşən Rüstəmov
Руководитель ЗАО Азербайджанские железные дороги Ровшан Рустамов - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Rövşən Rüstəmov
Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin yük axınlarının kütləviləşməsi, səmərəliliyinin və raqbətqabiləyyətinin artırılması məqsədilə tərəfdaşları ilə birlikdə konteyner daşımalarına, dəhliz boyu blok qatarlarının buraxılmasına prioritet verməyə başlayıb:

"Artıq Çindən göndərilən yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə nəql edilməsinə dair razılıq əldə edilib. İlk olaraq, bu ilin mart ayında Çinin Sian limanından Bakıya cəmi 11 günə birinci konteyner qatarı çatdırılıb. Orta hesabla, blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır. Ümumilikdə, bu ilin sonuna qədər Çindən Orta Dəhliz vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır və bu da təxminən 420 min tonadək yük həcminə bərabərdir".

O qeyd edib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və tərsinə yük axınlarında artımın olduğu və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır:
"Ümumilikdə, son illərdə qlobal miqyasda dəmir yolu ilə yükdaşımalarında illik təxminən 5%-lik artım qeydə alınır və bu artımın davam edəcəyi proqnozlaşdırılır. Müxtəlif hesablamalara görə, illik dəyəri 300 milyard ABŞ dollarına yaxınlaşan qlobal dəmir yolu ilə yük daşımaları bazarının ildən-ilə böyüyəcəyi gözlənilir".
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0