Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ-nin Gömrük Məcəlləsinə dəyişikliklərlə bağlı iş 2025-ci ilin may ayında yekunlaşacaq

© iStock.com / Grigorev_VladimirGömrük yoxlama zonası, arxiv
Gömrük yoxlama zonası, arxiv - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Abunə olmaq
Nazir Aİİ-də gömrük əməliyyatları üçün vahid standartın tətbiqini yaxın gələcək üçün əsas vəzifələrdən biri adlandırıb.
BAKI, 20 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqının (Aİİ) Gömrük Məcəlləsinə düzəlişlər üzərində iş 2025-ci ilin may ayına qədər başa çatacaq.
Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) gömrük əməkdaşlığı üzrə naziri Ruslan Davıdov deyib.
© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRuslan Davıdov
ПМЭФ-2023. Подписания - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Ruslan Davıdov
Nazir Aİİ-nin mövcud olduğu on il ərzində AİK ilə ittifaqa üzv olan ölkələrin gömrük xidmətləri arasında sıx qarşılıqlı əlaqə nəticəsində əldə edilmiş gömrük inzibatçılığının unifikasiyası sahəsində mühüm irəliləyişləri qeyd edib.

"Məqsədimiz növbəti 6 ay ərzində Aİİ Gömrük Məcəlləsinə dəyişikliklər üzərində işi başa çatdırmaq və bu vaxta qədər texniki aspektləri tamamilə bitirməkdir", - Ruslan Davıdov bildirib.

Nazir Aİİ-də gömrük əməliyyatları üçün vahid standartın tətbiqini yaxın gələcək üçün əsas vəzifələrdən biri adlandırıb.
Prioritet iş istiqamətləri arasında gömrük dəyərinə nəzarətin unifikasiyası, elektron naviqasiya plomblarının tətbiqi, multimodal daşımaların tənzimlənməsi və Aİİ Gömrük Məcəlləsinin təkmilləşdirilməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0