Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Rusiya Ukraynanın qələbəsi üçün hər şeyi etdi" - Ekspert

© AP Photo / Alex BabenkoUkraynalı
Ukraynalı  - Sputnik Azərbaycan, 1920, 19.09.2024
Abunə olmaq
XHƏ dövründə altı milyona yaxın insan keçmiş Ukrayna SSR-dən yalnız Qərbə gedib.
Kiyevdəki hər terror aktından sonra Qərb mediası ulayır: "Rusiya görəsən necə cavab verəcək?" Əslində biz hər gün monoton rejimdə cavab veririk. Onun miqyası çox böyükdür, nəticələri tarixidir, Kiyev nasist rejimi üçün isə bu, əsl fəlakətdir. Xeyr, indi söhbət "İskəndər"lərimizdən və "Geran"larımızdan getmir.
Hər şeyi bilən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu yaxınlarda Ukrayna ilə bağlı yenilənmiş məlumatları dərc edərək xüsusi hərbi əməliyyatın (XHƏ) aralıq nəticələrini yekunlaşdırıb. Onlar təsir edicidir: MKİ-nin məlumatlarına görə, Ukrayna təkcə Rusiyanı deyil, ümumilikdə hamını məğlub edib.
Məsələn, 2024-cü ildə Ukraynada hər min nəfərə altı doğum qeydə alınıb - bu, mütləq dünya antirekordudur, bunu "Google"da axtarıb müqayisə edə bilərsiniz. Bəs ölüm nisbəti necədir? Burada da dünya rekordu var: hər min nəfərə 8,6 ölüm. Dünyada daha bir birinci yer (sondan) mühacirlərin sayının olmasıdır: hər min nəfərə 36,5 mühacir. Yoxsul Haiti və vətəndaş müharibəsi nəticəsində dağıdılmış Somali ilə müqayisədə Ukraynanı daha çox insan tərk edib.

Bəzi mövqelərə görə birinci yerə çatmaq mümkün olmayıb, lakin Kiyev rejimi bunu etrmək üçün çox çalışır. Doğuş zamanı həyatlarını itirənlərin sayı hər min nəfərə 17-dir ki, bu da dünyada 133-cüdür. Yeni doğulan uşaqların ölüm nisbəti hər min nəfərə 8,7-dir, bu isə dünyada 141-ci yerdədir. Həqiqətən də dəhşətli rəqəmlərdir, lakin Kiyev rejimi üçün bunlar əlbəttə ki, xırda şeylərdir.

Ukraynadan ümumiyyətlə nə qalıb, biz onu necə xatırlayırıq? Ən əsası da - kim? Bu ölkənin dəqiq əhalisibib sayı 90-cı illərin sonlarından bəri dövlət sirri olub. Sonra bizə rəsmi olaraq daimi yalanlarla təxminən 33-36 milyon insanın olduğunu yeritməyə çalışıblar. Yaxşı, bu rəqəmi qəbul edək.
XHƏ dövründə altı milyona yaxın insan keçmiş Ukrayna SSR-dən yalnız Qərbə gedib. Təxminən eyni sayda Rusiyaya köçüb. Bu o deməkdir ki, iki il ərzində ölkə əhalisinin təxminən üçdə birini itirib – və bu, ən təvazökar təxminlərə görə belədir.
Hər şey bitdikdən sonra ukraynalılar evlərinə qayıdacaqlarmı? Bu, çox ciddi şübhə doğurur - məsələn, fransızlar buna inanmaqdan imtina edirlər. Artıq ölkəni tərk edən yüz mindən çox ukraynalı artıq vətəndaşlıqdan çıxmaq üçün ərizə verib. Ukraynalı qadınlara gəlincə, onlar təbii olaraq başqa ölkələrdə özləri və uşaqları üçün daha yaxşı həyat axtaracaqlar. Eyni zamanda, onlar rəsmi olaraq keçmiş Ukrayna SSR-in vətəndaşları sayılmağa davam edə bilərlər, lakin hamı hər şeyi başa düşür.

Əgər hər şeyi öz adları ilə desək, o zaman İkinci Dünya Müharibəsindən bəri planetin bilmədiyi miqyasda demoqrafik fəlakətlə üzləşirik. Üstəlik, iqtisadiyyatın olmaması (torpaq satılıb, defolt yaxınlaşır, ölkə büdcəsinin yarısı xarici borclardan ibarətdir) və rəhbərlikdəki qeyri-qanuni narkomanların mümkün qədər daha çox əhalini məhv etmək üçün qarşılarına qoyulan məqsədləridir. Bu, klassik "failed state"dir – yəni uğursuz dövlətdir.

Bütün bunları Ukrayna Rusiya ilə müharibəyə girərək əldə edib. Geridə qalmış, kasıb ölkə daha zəngin, daha güclü və daha sivilizasiyalı olan dövlətlə silahlı münaqişə aparmağa çalışanda məhz belə görünür.
Burada başqasının bədbəxtliyinə sevinmə hissi yoxdur, yalnız kədər var. Ukrayna Sovet Respublikası SSRİ-nin mirvarisi olub, biz onu bütün İttifaqla yenidən qurduq, onu əzizlədik, qayğısını çəkdik, 1991-ci ildə isə biz onu borcsuz, inkişaf edən iqtisadiyyatı və əlli milyon insanı ilə sərbəst "üzməyə" buraxdıq. Axı niyə sərvətinizi israf edib, torpaqlarınızı satdınız? Ən əsası isə, niyə bu qədər insanı oğurlamağa və məhv etməyə imkan verərək ölkəni Qərbə təhvil verdiniz?
Vaşinqtonun hazırda Rusiyaya qarşı zəhərləməyə çalışdığı bütün ölkələr MKİ-nin topladığı statistikaya çox diqqətlə baxmalıdır. Axı, əvvəlcə "rusiyalılarla döyüşmək" çox sərfəli bir fikir kimi görünüb. Qeyri-adekvat və səfil insanları cəbhəyə göndərəcəyik, lakin çoxlu dollar və avro alacağıq, iqtisadiyyat çiçəklənməyə başlayacaq və hər şey yaxşı olacaq.
Bu plandan heç nə əldə edilməyib və edilməcək də: Rusiya ilə tükənənə qədər müharibə aparmaq, prinsipcə, çox pis fikirdir. Avropa ölkələrinin rəhbərlərinin nəzərinə - biləsiz ki, sizinlə də eyni şey olacaq. Moskva çox gözəl başa düşür ki, Qərblə çoxölçülü qlobal qarşıdurmamızda iqtisadiyyat və demoqrafiya "İsgəndər"lərdən heç də az vacib rol oynamır. Buna görə də, cavabımız həmişə gözlənilməyən yerə çatır: Rusiyada, ümumiyyətlə, asimmetrik strategiyaları sevirlər.
Xəbər lenti
0