DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Baş Qərargahından ABŞ və İsrailə xəbərdarlıq: zaman qisasımıza mane olmayacaq

© AP Photo / Jon Gambrellİran bayraq
İran  bayraq - Sputnik Azərbaycan, 1920, 19.09.2024
Abunə olmaq
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb.
BAKI, 19 sentyabr — Sputnik. Zamanın keçməsi İranın Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə ABŞ və İsraildən qisas almasına mane olmayacaq. Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
"Biz cinayətkar ABŞ-ı və onun regiondakı saxta marionet rejimini xəbərdar edirik: "Həqiqi vədimizi" (əməliyyatın adı) yerinə yetirdiyimiz kimi, zamanın keçməsi də İslam Respublikasının niyyətinə mane olmayacaq. İsmayıl Haniyənin xaincəsinə öldürülməsi nəticəsində tökülən qanın qisasını almaq İrandan tələb olunur", İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh verməyiblər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud daha sonra HƏMAS siyasi bürosunun rəhbərinin ölümündə ABŞ-ın əli olmadığını bildirib.
İyulun 31-i axşam saatlarında ABŞ-ın "New York Times" qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali dini lideri Əli Xamneyi Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani BMT Təhlükəsizlik Şurasının iclasında deyib: Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Haniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.
Xəbər lenti
0