https://sputnik.az/20240919/qezzada-bas-verenler-srailin-nezaretinde-olan-soyqirimdir---bmt-nin-xususi-meruzecisi-467437387.html
Qəzzada baş verənlər İsrailin nəzarətində olan soyqırımdır - BMT-nin xüsusi məruzəçisi
Qəzzada baş verənlər İsrailin nəzarətində olan soyqırımdır - BMT-nin xüsusi məruzəçisi
Sputnik Azərbaycan
BMT-nin xüsusi məruzəçisi deyib ki, baş verənlərin Qəzza əhalisinə psixoloji təsiri bütün nəsillərə təsir edəcək. 19.09.2024, Sputnik Azərbaycan
2024-09-19T11:40+0400
2024-09-19T11:40+0400
2024-09-19T11:40+0400
qəzza
dünya xəbərləri
israil
bmt
fələstin-israil münaqişəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460304569_0:160:3072:1888_1920x0_80_0_0_da89d43579aa32a89c21df1ba5400b11.jpg
BAKI, 19 sentyabr — Sputnik. Qəzzada baş verənlər "nəzarət altında olan soyqırım"dır. Bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese deyib. "Qəzzada baş verənlər idarə olunan soyqırımdır. İsrailin Qəzza əhalisinə qarşı qəzəbi girovların geri qaytarılması ilə nəticələnməyib. 40 mindən çox dinc sakin həlak olub və baş verənlərin Qəzza əhalisinə psixoloji təsiri bütün nəsillərə təsir edəcək", Albanese Cenevrədə keçirdiyi brifinqdə bildirib. 7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalIB. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 41 mindən çox insan həlak olub, 95 mindən çox insan yaralanıb. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460304569_171:0:2902:2048_1920x0_80_0_0_65a40d11a9eeb894a9028b9fdbfadcdf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qəzza, israil, bmt, fələstin-israil münaqişəsi
qəzza, israil, bmt, fələstin-israil münaqişəsi
Qəzzada baş verənlər İsrailin nəzarətində olan soyqırımdır - BMT-nin xüsusi məruzəçisi
BMT-nin xüsusi məruzəçisi deyib ki, baş verənlərin Qəzza əhalisinə psixoloji təsiri bütün nəsillərə təsir edəcək.
BAKI, 19 sentyabr — Sputnik. Qəzzada baş verənlər "nəzarət altında olan soyqırım"dır. Bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese deyib.
"Qəzzada baş verənlər idarə olunan soyqırımdır. İsrailin Qəzza əhalisinə qarşı qəzəbi girovların geri qaytarılması ilə nəticələnməyib. 40 mindən çox dinc sakin həlak olub və baş verənlərin Qəzza əhalisinə psixoloji təsiri bütün nəsillərə təsir edəcək", Albanese Cenevrədə keçirdiyi brifinqdə bildirib.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalIB. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 41 mindən çox insan həlak olub, 95 mindən çox insan yaralanıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.