https://sputnik.az/20240919/kv-srail-peycerleri-partlatmazdan-hizbullah-liderlerinin-adindan-mesaj-gonderib-467510525.html
KİV: İsrail peycerləri partlatmazdan Hizbullah liderlərinin adından mesaj göndərib
KİV: İsrail peycerləri partlatmazdan Hizbullah liderlərinin adından mesaj göndərib
Sputnik Azərbaycan
Qəzet yazır ki, partlayışları törətmək üçün İsrail səs siqnallarını işə salıb və ərəb dilində mesaj göndərib ki, bu mesaj Hizbullahın yüksək rəhbərliyindən... 19.09.2024, Sputnik Azərbaycan
2024-09-19T20:26+0400
2024-09-19T20:26+0400
2024-09-19T20:26+0400
israil
dünya xəbərləri
partlayış
livan
hizbullah
"hizbullah"
"hizbullah" təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467510357_0:286:3072:2014_1920x0_80_0_0_cc4defa0262f89e64fbc1f7c4d9862db.jpg
BAKI, 19 sentyabr — Sputnik. İsrail Livanda peycerləri partlatmazdan əvvəl, Livan Hizbullah hərəkatının yüksək rəhbərliyindən gələn səs siqnalının müşayiəti ilə onlara ərəb dilində mesaj göndərib. Bu barədə "The New York Times" üç kəşfiyyat və müdafiə mənbəsinə istinadən yazır. Qəzet yazır ki, partlayışları törətmək üçün İsrail səs siqnallarını işə salıb və ərəb dilində mesaj göndərib ki, bu mesaj "Hizbullah"ın yüksək rəhbərliyindən gəlib. Sentyabrın 18-də peycerlər Livanın müxtəlif bölgələrində partladılıb. Livanın səhiyyə naziri Firas Abyad bildirib ki, partlayış nəticəsində 2,8 minə qədər insan yaralanıb, ölənlərin sayı 12-yə çatıb. Onlarla cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik məlum deyil. Hizbullah və Livan səlahiyyətliləri hadisədə İsraili günahlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Livanda baş verənləri dəhşətli terror aktı və böyük münaqişəni qızışdırmaq cəhdi adlandırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467510357_207:0:2938:2048_1920x0_80_0_0_6e762fc656a90dbbe8f41fdd0e869e37.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
israil, partlayış, livan, hizbullah, "hizbullah", "hizbullah" təşkilatı
israil, partlayış, livan, hizbullah, "hizbullah", "hizbullah" təşkilatı
KİV: İsrail peycerləri partlatmazdan Hizbullah liderlərinin adından mesaj göndərib
Qəzet yazır ki, partlayışları törətmək üçün İsrail səs siqnallarını işə salıb və ərəb dilində mesaj göndərib ki, bu mesaj Hizbullahın yüksək rəhbərliyindən gəlib.
BAKI, 19 sentyabr — Sputnik. İsrail Livanda peycerləri partlatmazdan əvvəl, Livan Hizbullah hərəkatının yüksək rəhbərliyindən gələn səs siqnalının müşayiəti ilə onlara ərəb dilində mesaj göndərib. Bu barədə "The New York Times" üç kəşfiyyat və müdafiə mənbəsinə istinadən yazır.
Qəzet yazır ki, partlayışları törətmək üçün İsrail səs siqnallarını işə salıb və ərəb dilində mesaj göndərib ki, bu mesaj "Hizbullah"ın yüksək rəhbərliyindən gəlib.
Sentyabrın 18-də peycerlər Livanın müxtəlif bölgələrində partladılıb. Livanın səhiyyə naziri Firas Abyad bildirib ki, partlayış nəticəsində 2,8 minə qədər insan yaralanıb, ölənlərin sayı 12-yə çatıb. Onlarla cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik məlum deyil. Hizbullah və Livan səlahiyyətliləri hadisədə İsraili günahlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Livanda baş verənləri dəhşətli terror aktı və böyük münaqişəni qızışdırmaq cəhdi adlandırıb.