https://sputnik.az/20240919/cin-abs-sirketlerine-sanksiya-tetbiq-etdi-467478620.html
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi
Sputnik Azərbaycan
Bu, Vahid Çin Prinsipini və üç Çin-Amerika Birgə Kommunikesini ciddi şəkildə pozur, Çin Xalq Respublikasının daxili işlərinə kobud şəkildə müdaxilə hesab... 19.09.2024, Sputnik Azərbaycan
2024-09-19T00:25+0400
2024-09-19T00:25+0400
2024-09-19T00:25+0400
çin
dünya xəbərləri
tayvan
abş
https://cdnn1.img.sputnik.az/img/07e5/02/06/426161208_0:160:3072:1888_1920x0_80_0_0_308b443d512be8c22017943b206eb15a.jpg
BAKI, 19 sentyabr — Sputnik. Pekin Tayvana silah satdığına görə 9 ABŞ şirkətinə sanksiya tətbiq etmək qərarına gəlib. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. "Birləşmiş Ştatlar bu yaxınlarda Tayvana silah satışını yenidən elan edib. Bu Vahid Çin Prinsipini və üç Çin-Amerika Birgə Kommunikesini ciddi şəkildə pozur, Çin Xalq Respublikasının daxili işlərinə kobud şəkildə müdaxilə hesab edilir və Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi zərbə vurur", XİN-in məlumatında deyilir. Bildirilir ki, Çin Sierra Nevada Corporation, Stick Rudder Enterprises LLC, Cubic Corporation, S3 AeroDefense, TCOM, TextOre, Planate Management Group, ACT1 Federal, Exovera da daxil olmaqla doqquz ABŞ şirkətinə qarşı əks tədbirlər görməyə qərar verib. Qeyd olunur ki, Çin hakimiyyətinin müvafiq qərarı sentyabrın 18-də qüvvəyə minib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/06/426161208_171:0:2902:2048_1920x0_80_0_0_9f1d0d6d5a25f5f77425863f0151e2eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, tayvan, abş
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi
Bu, Vahid Çin Prinsipini və üç Çin-Amerika Birgə Kommunikesini ciddi şəkildə pozur, Çin Xalq Respublikasının daxili işlərinə kobud şəkildə müdaxilə hesab edilir.
BAKI, 19 sentyabr — Sputnik. Pekin Tayvana silah satdığına görə 9 ABŞ şirkətinə sanksiya tətbiq etmək qərarına gəlib. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Birləşmiş Ştatlar bu yaxınlarda Tayvana silah satışını yenidən elan edib. Bu Vahid Çin Prinsipini və üç Çin-Amerika Birgə Kommunikesini ciddi şəkildə pozur, Çin Xalq Respublikasının daxili işlərinə kobud şəkildə müdaxilə hesab edilir və Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi zərbə vurur", XİN-in məlumatında deyilir.
Bildirilir ki, Çin Sierra Nevada Corporation, Stick Rudder Enterprises LLC, Cubic Corporation, S3 AeroDefense, TCOM, TextOre, Planate Management Group, ACT1 Federal, Exovera da daxil olmaqla doqquz ABŞ şirkətinə qarşı əks tədbirlər görməyə qərar verib.
Qeyd olunur ki, Çin hakimiyyətinin müvafiq qərarı sentyabrın 18-də qüvvəyə minib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.