CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 18 sentyabr – FOTO

© Sputnik / Elnur Salayev18 sentyabr
18 sentyabr - Sputnik Azərbaycan, 1920, 18.09.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 18-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 18-də kimlər anadan olub?
Üzeyir Hacıbəyov (1885-1948) - Azərbaycan və Sovet bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq və SSRİ xalq artistidir. O, Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisidir. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir.
© Sputnik / Mediabanka keçidÜzeyir Hacıbəyov
Узеир Гаджибеков - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Üzeyir Hacıbəyov
Müslüm Maqomayev (1885-1937) - Azərbaycan və Sovet bəstəkarı, dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimidir. O, Azərbaycan klassik musiqisinin banilərindən biridir. Azərbaycan Dövlət Filarmoniyası bəstəkarın adını daşıyır. Müğənninin babası, SSRİ xalq artisti Müslüm Maqomayevdir.
© Sputnik / Борис Елин / Mediabanka keçidMüslüm Maqomayev
Муслим Магомаев - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Müslüm Maqomayev
Bernar Leon Fuko (1819-1868) - fransız fiziki, mexaniki və astronomudur. O, 1855-ci ildə Paris Rəsədxanasına fizik kimi təyin edilib və tezliklə Uzunluqlar Bürosunun üzvü seçilib.
© Photo : public domenBernar Leon Fuko
Bernar Leon Fuko - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Bernar Leon Fuko
Qreta Qarbo (1905-1990) - İsveç və ABŞ aktrisasıdır. O, 1955-ci ildə kino sənətinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri "Oskar" mükafatına layiq görülüb.
© AP PhotoQreta Qarbo
Qreta Qarbo  - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Qreta Qarbo
Bernard Verber (1961) - müasir fransız yazıçısıdır. O, "Sifariş üçün cənnət", "Kassandranın güzgüsü", "Altıncı yuxu", "O dünyadan" və s. kitabların müəllifidir.
Bernard Verber - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Bernard Verber
Anna Netrebko (1971) - rusiyalı opera müğənnisi və Rusiya Federasiyasının xalq artistidir. O, Sürix Opera Teatrı, Vyana Dövlət Operası, Münhendəki Bavariya Dövlət Operası və Metropolitan Operasının səhnələrində çıxış edib, həmçinin Mariinski Teatrının truppası ilə Finlandiya, Almaniya, İsrail, Latviya və ABŞ-da qastrol səfərlərində olub. O, Azərbaycanın xalq artisti Yusif Eyvazovun həyat yoldaşı olub.
© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçid Anna Netrebko
Оперная певица Анна Нетребко - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Anna Netrebko
18 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1793-cü ildə ABŞ Prezidenti Corc Vaşinqton Kapitolinin təməl daşını qoyub.
2002-ci ildə Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları - Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməli qoyulub. Tikinti işləri 2005-ci ilin aprelində başa çatdırılıb.
2003-cü ildən Ümumdünya Su Monitorinqi Günü və ya Ümumdünya Su Keyfiyyətinin Monitorinqi Günü qeyd olunur.
2009-cu ildə Yaponiyada virusları, o cümlədən donuz qripini məhv edən davamlı antiseptik icad edilib.
2013-cü ildə Qubada Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.
2014-cü ildən Beynəlxalq Elektron Kitab Günü qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0