SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sülh əldə olunandan sonra Azərbaycandan qaz nəqli mümkündür - Paşinyan

© Sputnik / Михаил МетцельMoskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş
Moskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 18.09.2024
Abunə olmaq
Enerji təhlükəsizliyi məsələlərindən danışan erməni baş nazir enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb.
BAKI, 18 sentyabr — Sputnik. Sülh müqaviləsinin imzalanması şərti ilə Azərbaycandan qaz idxalı və ya tranzitinin mümkünlüyünü istisna etmirik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
İkinci Dünya Erməni Sammitində çıxışı zamanı o, Ermənistana qaz nəqli variantını təklif edən Bakının son bəyanatlarını xatırladıb.
"Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistandan keçəcəyi ssenarisini istisna edə bilmərik" - Paşinyan qeyd edib.
Enerji təhlükəsizliyi məsələlərindən danışan erməni baş nazir enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb. Paşinyan diqqətini günəş enerjisinin inkişafına və yaşıl enerjidən istifadə perspektivlərinin öyrənilməsinə yönəldib.
Paşinyan vurğulayıb ki, heç bir ölkə enerji təhlükəsizliyini tam təmin edə bilməz, ona görə də onu müxtəlif enerji mənbələri hesabına artırmaq üçün tədbirlər görülməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0