Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İş və istirahət günlərinin yerləri dəyişdirildi

© Sputnik / Murad OrujovZəfər günü
Zəfər günü - Sputnik Azərbaycan, 1920, 18.09.2024
Abunə olmaq
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
BAKI, 18 sentyabr — Sputnik. İş və istirahət günlərinin yerləri dəyişdirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
© Sputnik / Elnur Salayevİnfoqrafiya: 2024-cü il üçün istehsal təqvimi
İnfoqrafiya: 2024-cü il üçün istehsal təqvimi - Sputnik Azərbaycan, 1920, 18.09.2024
İnfoqrafiya: 2024-cü il üçün istehsal təqvimi
Qeyd edək ki, 8 noyabr Zəfər günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq növbəti həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün qeyri-iş günü olacaq.
Xatırladaq ki, 2024-cü ilin payızında Azərbaycanda məktəbliləri də uzun tətillər gözləyir:
▪️ 12-22 noyabr - payız tətilləri
▪️ 9-10 və 23-24 noyabr şənbə və bazar günlərinə təsadüf edir.
▪️ 8 noyabr – Qələbə günü və 9 noyabr – Bayraq günü qeyri-iş günü hesab olunur.
Noyabrın 9-u şənbə gününə təsadüf etdiyi üçün noyabrın 11-i də bayram olacaq.
Beləliklə, ümumilikdə məktəblilərin tətili noyabrın 8-dən başlayacaq və noyabrın 25-dək 17 gün davam edəcək.
Qeyd edək ki, Baş nazir Əli Əsədov avqustun 1-də "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərar imzalayıb.
Bu qərara əsasən Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək:
1. ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22- dək payız tətili;
2. peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil.
Qeyd edək ki, 8 noyabr Zəfər günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq növbəti həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün qeyri-iş günü olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0