https://sputnik.az/20240918/rusiya-sefiri-ermenistan-ran-serhedine-getdi-467493831.html
Rusiya səfiri Ermənistan İran sərhədinə getdi
Rusiya səfiri Ermənistan İran sərhədinə getdi
Sputnik Azərbaycan
Şerbakov cavabdehlik sahəsindəki vəziyyəti təqdim edib və bu il dəstənin əməliyyat fəaliyyətinin ən mühüm nəticələri barədə məlumat verib. 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T20:03+0400
2024-09-18T20:03+0400
2024-09-18T20:03+0400
rusiya
dünya xəbərləri
ermənistan
türkiyə
sərhəd
iran
https://cdnn1.img.sputnik.az/img/41848/39/418483944_0:0:963:541_1920x0_80_0_0_61c32418d2f667b59b18e0c540bf6fd9.jpg
BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 17-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İranla sərhəddə yerləşən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin 127-ci dəstəsində olub. Rusiya səfirliyindən verilən məlumata görə, Rusiya diplomatik missiyasının rəhbəri dəstənin rəisi polkovnik A.Şerbakov ilə görüşüb və gələn il 70 illik yubileyini qeyd edəcək bölmənin tarixi ilə tanış olub. Şerbakov cavabdehlik sahəsindəki vəziyyəti təqdim edib və bu il dəstənin əməliyyat fəaliyyətinin ən mühüm nəticələri barədə məlumat verib. Bunlara sintetik və bitki mənşəli böyük miqdarda narkotik vasitələrin göndərilməsinin qarşısının alınması, Aqarək keçid məntəqəsində dövlət sərhədini pozanların çoxsaylı həbsləri daxildir. Səfir və onu müşayiət edən şəxslər "Bütün nəsillərin sərhədçiləri" abidəsi önünə gül dəstələri qoyublar. Xatırladaq ki, hazırda Ermənistanın Türkiyə və İranla sərhədində Rusiya sərhədçiləri yerləşdirilib. Əvvəllər onlar erməni həmkarları ilə paytaxtın Zvartnots aeroportunun keçid məntəqəsində birgə nəzarət həyata keçiriblər, lakin avqustun 1-də Ermənistanın tələbi ilə oranı tərk ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41848/39/418483944_113:0:834:541_1920x0_80_0_0_516c2d92eb03f9e99e482d8f87517405.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ermənistan, türkiyə, sərhəd, iran
rusiya, ermənistan, türkiyə, sərhəd, iran
Rusiya səfiri Ermənistan İran sərhədinə getdi
Şerbakov cavabdehlik sahəsindəki vəziyyəti təqdim edib və bu il dəstənin əməliyyat fəaliyyətinin ən mühüm nəticələri barədə məlumat verib.
BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 17-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İranla sərhəddə yerləşən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin 127-ci dəstəsində olub.
Rusiya səfirliyindən verilən məlumata görə, Rusiya diplomatik missiyasının rəhbəri dəstənin rəisi polkovnik A.Şerbakov ilə görüşüb və gələn il 70 illik yubileyini qeyd edəcək bölmənin tarixi ilə tanış olub.
Şerbakov cavabdehlik sahəsindəki vəziyyəti təqdim edib və bu il dəstənin əməliyyat fəaliyyətinin ən mühüm nəticələri barədə məlumat verib. Bunlara sintetik və bitki mənşəli böyük miqdarda narkotik vasitələrin göndərilməsinin qarşısının alınması, Aqarək keçid məntəqəsində dövlət sərhədini pozanların çoxsaylı həbsləri daxildir.
Səfir və onu müşayiət edən şəxslər "Bütün nəsillərin sərhədçiləri" abidəsi önünə gül dəstələri qoyublar.
Xatırladaq ki, hazırda Ermənistanın Türkiyə və İranla sərhədində Rusiya sərhədçiləri yerləşdirilib. Əvvəllər onlar erməni həmkarları ilə paytaxtın Zvartnots aeroportunun keçid məntəqəsində birgə nəzarət həyata keçiriblər, lakin avqustun 1-də Ermənistanın tələbi ilə oranı tərk ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.