https://sputnik.az/20240918/revan-a-ye-uzvluk-ucun-real-furseti-qacirmayacaq---pasinyan-467482090.html
İrəvan Aİ-yə üzvlük üçün real fürsəti qaçırmayacaq - Paşinyan
İrəvan Aİ-yə üzvlük üçün real fürsəti qaçırmayacaq - Paşinyan
Sputnik Azərbaycan
Paşinyanın sözlərinə görə, Ermənistanın Avropaya inteqrasiya yolunda Gürcüstan və Türkiyənin Aİ ilə münasibətləri, eləcə də Ermənistan-Türkiyə münasibətləri də... 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T17:55+0400
2024-09-18T17:55+0400
2024-09-18T17:55+0400
ermənistanın baş naziri nikol paşinyan
dünya xəbərləri
mariya zaxarova
avropa ittifaqı
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800837_0:97:2820:1683_1920x0_80_0_0_62c176ed1c5f3132f8faa1204ce1b2e6.jpg
BAKI, 18 sentyabr — Sputnik. Ermənistan Aİİ-yə daxil olmaq üçün az-çox real imkanlar görsə və təhdidləri idarə edə bilsə, bu fürsəti əldən verməyəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. "Əgər biz Aİ-yə üzvlük üçün az-çox real imkanlar görsək və eyni zamanda bu yolda yarana biləcək təhlükələri idarə edə bilsək, bu fürsəti qaçırmayacağıq" - Paşinyan İrəvanda keçirilən ümumerməni sammitində bildirib. Onun sözlərinə görə, bu, birtərəfli, hətta ikitərəfli proses deyil və bu kontekstdə əhali arasında məyusluq yaratmamaq üçün ehtiyatlı olmaq lazımdır: "Ermənistanın Avropaya inteqrasiya yolunda Gürcüstan və Türkiyənin Aİ ilə münasibətləri, eləcə də Ermənistan-Türkiyə münasibətləri də önəmlidir". İyun ayında Ermənistan parlamentində Ermənistanın Avropa İttifaqına daxil olmaq ərizəsi üzrə referendumun keçirilməsinin məqsədəuyğunluğu ilə bağlı dinləmələr keçirilib. Dinləmələrin keçirilməsi təşəbbüsü qərbyönlü siyasətçiləri və ictimai xadimləri birləşdirən demokratik qüvvələrin platforması tərəfindən irəli sürülüb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Moskva Aİ-nin Ermənistanda möhkəmlənmək istəyini sırf geosiyasi, Cənubi Qafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq görür. Diplomat əlavə edib ki, onlar Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və onun təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətməyə çalışırlar. Eyni zamanda, sentyabrın 11-də Zaxarova bəyan edib ki, erməni tərəfdaşların viza rejiminin liberallaşdırılması ilə bağlı məqsədyönlü fəaliyyəti Ermənistanın suveren hüququdur. O, Moskva və İrəvanın bu məsələni müzakirə etmədiyini vurğulayıb, lakin bu danışıqların Rusiya ilə Ermənistan arasında vizasız rejimə mümkün mənfi təsirini görmədiyini qeyd edib. Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 1-də deyib ki, Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi cavabı olmayan suallar doğuracaq. Xüsusilə, onun sözlərinə görə, referendum təşkil edərkən, təşviqat kampaniyası aparmaq lazımdır ki, bu zaman vətəndaşlar suallar verməyə başlayacaqlar: necə, nə vaxt, hansı müddət ərzində, hansı addımlarla, Avropa İttifaqının özü buna hazırdırmı? Paşinyan qeyd edib ki, referendumun təşəbbüskarları Ermənistan cəmiyyəti tərəfindən bu ideyanın dəstəkləndiyini nümayiş etdirmək istəyirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240918/kremlden-pasinyana-cavab-ktmt-uzv-dovletlerin-suverenliyini-qoruyur-467482744.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800837_224:0:2597:1780_1920x0_80_0_0_e8bdec2aedcfa7a2ba922a84da37e3e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, mariya zaxarova, avropa ittifaqı, nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan, mariya zaxarova, avropa ittifaqı, nikol paşinyan
İrəvan Aİ-yə üzvlük üçün real fürsəti qaçırmayacaq - Paşinyan
Paşinyanın sözlərinə görə, Ermənistanın Avropaya inteqrasiya yolunda Gürcüstan və Türkiyənin Aİ ilə münasibətləri, eləcə də Ermənistan-Türkiyə münasibətləri də önəmlidir.
BAKI, 18 sentyabr — Sputnik. Ermənistan Aİİ-yə daxil olmaq üçün az-çox real imkanlar görsə və təhdidləri idarə edə bilsə, bu fürsəti əldən verməyəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Əgər biz Aİ-yə üzvlük üçün az-çox real imkanlar görsək və eyni zamanda bu yolda yarana biləcək təhlükələri idarə edə bilsək, bu fürsəti qaçırmayacağıq" - Paşinyan İrəvanda keçirilən ümumerməni sammitində bildirib.
Onun sözlərinə görə, bu, birtərəfli, hətta ikitərəfli proses deyil və bu kontekstdə əhali arasında məyusluq yaratmamaq üçün ehtiyatlı olmaq lazımdır: "Ermənistanın Avropaya inteqrasiya yolunda Gürcüstan və Türkiyənin Aİ ilə münasibətləri, eləcə də Ermənistan-Türkiyə münasibətləri də önəmlidir".
İyun ayında Ermənistan parlamentində Ermənistanın Avropa İttifaqına daxil olmaq ərizəsi üzrə referendumun keçirilməsinin məqsədəuyğunluğu ilə bağlı dinləmələr keçirilib. Dinləmələrin keçirilməsi təşəbbüsü qərbyönlü siyasətçiləri və ictimai xadimləri birləşdirən demokratik qüvvələrin platforması tərəfindən irəli sürülüb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Moskva Aİ-nin Ermənistanda möhkəmlənmək istəyini sırf geosiyasi, Cənubi Qafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq görür. Diplomat əlavə edib ki, onlar Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və onun təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətməyə çalışırlar. Eyni zamanda, sentyabrın 11-də Zaxarova bəyan edib ki, erməni tərəfdaşların viza rejiminin liberallaşdırılması ilə bağlı məqsədyönlü fəaliyyəti Ermənistanın suveren hüququdur. O, Moskva və İrəvanın bu məsələni müzakirə etmədiyini vurğulayıb, lakin bu danışıqların Rusiya ilə Ermənistan arasında vizasız rejimə mümkün mənfi təsirini görmədiyini qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 1-də deyib ki, Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi cavabı olmayan suallar doğuracaq. Xüsusilə, onun sözlərinə görə, referendum təşkil edərkən, təşviqat kampaniyası aparmaq lazımdır ki, bu zaman vətəndaşlar suallar verməyə başlayacaqlar: necə, nə vaxt, hansı müddət ərzində, hansı addımlarla, Avropa İttifaqının özü buna hazırdırmı? Paşinyan qeyd edib ki, referendumun təşəbbüskarları Ermənistan cəmiyyəti tərəfindən bu ideyanın dəstəkləndiyini nümayiş etdirmək istəyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.