https://sputnik.az/20240918/qerbin-rusiya-titanina-serf-etdiyi-vesait-ne-qederdir--467485230.html
Qərbin Rusiya titanına sərf etdiyi vəsait nə qədərdir?
Qərbin Rusiya titanına sərf etdiyi vəsait nə qədərdir?
Sputnik Azərbaycan
Titan kimya, eləcə də aerokosmik və gəmiqayırma sənayesi istehsalçılarına lazımdır. 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T23:37+0400
2024-09-18T23:37+0400
2024-09-18T23:37+0400
rusiya
dünya xəbərləri
rusiya prezidenti vladimir putin
putin
titan dioksid
titan arum
mixail mişustin
https://cdnn1.img.sputnik.az/img/42428/80/424288035_0:160:3073:1888_1920x0_80_0_0_253a739049e3013c31b94145daa58720.jpg
BAKI, 18 sentyabr — Sputnik. Cari ildə Qərb ölkələri ümumilikdə 264,9 milyon dollar dəyərində Rusiya titanını alıblar. Qərb Rusiyadan istehsalçıların ümumi idxalının 11,4%-ni təmin edib. Bu barədə "RİA Novosti" xəbər verib. Agentliyin məlumatına görə, Rusiya resurslarından imtina ilə bağlı bəyanatlara baxmayaraq, ABŞ və Avropa İttifaqının (Aİ) bəzi ölkələri Rusiya şirkətlərindən titan almağa davam ediblər. Titan kimya sənayesi, eləcə də aerokosmik və gəmiqayırma sənayesi istehsalçılarına lazımdır. Rusiyadan titan tədarükçülərinin siyahısına "Airbus və Boeing" təyyarələrinin tədarükçüləri də daxil olmaqla bütün bazarın dörddə birini təmin edən "VMİB-Avisma" şirkəti daxildir. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə videokonfrans zamanı Baş nazir Mixail Mişustinə dost olmayan ölkələrə titan, nikel, uran və bəzi digər xammal növlərinin tədarükü üçün məhdudiyyətlər barədə düşünməyi tapşırıb. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, "yalnız özünə zərər vermək üçün heç bir şey etmək lazım deyil". Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42428/80/424288035_170:0:2901:2048_1920x0_80_0_0_dec6b5cc2551cd0af09916f07bf3cc8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya prezidenti vladimir putin, putin, titan dioksid, titan arum, mixail mişustin
rusiya, rusiya prezidenti vladimir putin, putin, titan dioksid, titan arum, mixail mişustin
Qərbin Rusiya titanına sərf etdiyi vəsait nə qədərdir?
Titan kimya, eləcə də aerokosmik və gəmiqayırma sənayesi istehsalçılarına lazımdır.
BAKI, 18 sentyabr — Sputnik. Cari ildə Qərb ölkələri ümumilikdə 264,9 milyon dollar dəyərində Rusiya titanını alıblar. Qərb Rusiyadan istehsalçıların ümumi idxalının 11,4%-ni təmin edib.
Bu barədə "RİA Novosti" xəbər verib.
Agentliyin məlumatına görə, Rusiya resurslarından imtina ilə bağlı bəyanatlara baxmayaraq, ABŞ və Avropa İttifaqının (Aİ) bəzi ölkələri Rusiya şirkətlərindən titan almağa davam ediblər. Titan kimya sənayesi, eləcə də aerokosmik və gəmiqayırma sənayesi istehsalçılarına lazımdır.
Rusiyadan titan tədarükçülərinin siyahısına "Airbus və Boeing" təyyarələrinin tədarükçüləri də daxil olmaqla bütün bazarın dörddə birini təmin edən "VMİB-Avisma" şirkəti daxildir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə videokonfrans zamanı Baş nazir Mixail Mişustinə dost olmayan ölkələrə titan, nikel, uran və bəzi digər xammal növlərinin tədarükü üçün məhdudiyyətlər barədə düşünməyi tapşırıb. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, "yalnız özünə zərər vermək üçün heç bir şey etmək lazım deyil".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.