https://sputnik.az/20240918/polsada-dasqinlar-sebebinden-minlerle-insan-texliye-olunur-467485372.html
Polşada daşqınlar səbəbindən minlərlə insan təxliyə olunur
Polşada daşqınlar səbəbindən minlərlə insan təxliyə olunur
Sputnik Azərbaycan
Polşa hökuməti daşqından zərər çəkmiş ərazilərdə təbii fəlakət rejimi tətbiq edib. 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T19:26+0400
2024-09-18T19:26+0400
2024-09-18T19:26+0400
daşqın
dünya xəbərləri
polşa
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0f/427476437_0:279:2649:1769_1920x0_80_0_0_dc3bd255197f6aa99d9377408dafd8f4.jpg
BAKI, 18 sentyabr — Sputnik. Polşada güclü daşqınlar səbəbindən minlərlə insanın təxliyəsi başlayıb. Bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkədə yazıb. Nazirin sözlərinə görə, artıq 4 min insan ordunun dəstəyi ilə təxliyə edilib. Hazırda daşqın bölgəsinə 14 min əsgər, o cümlədən qarətçilərə qarşı mübarizə üçün 500 hərbi jandarm göndərilib. Polşa ordusu, həmçinin su basmış binaları dezinfeksiya etmək üçün 300 mütəxəssisdən ibarət xüsusi bölmə formalaşdırır. Anormal leysan yağışlar səbəbindən Polşanın cənubunda çaylar öz məcrasından çıxıb, bir sıra yaşayış məntəqələri su altında qalıb, ölənlər və xəsarət alanlar var. Polşa hökuməti daşqından zərər çəkmiş ərazilərdə təbii fəlakət rejimi tətbiq edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0f/427476437_0:31:2649:2017_1920x0_80_0_0_e0140bee870b02c480643700a76c645c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
daşqın, polşa
Polşada daşqınlar səbəbindən minlərlə insan təxliyə olunur
Polşa hökuməti daşqından zərər çəkmiş ərazilərdə təbii fəlakət rejimi tətbiq edib.
BAKI, 18 sentyabr — Sputnik. Polşada güclü daşqınlar səbəbindən minlərlə insanın təxliyəsi başlayıb.
Bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkədə yazıb.
Nazirin sözlərinə görə, artıq 4 min insan ordunun dəstəyi ilə təxliyə edilib. Hazırda daşqın bölgəsinə 14 min əsgər, o cümlədən qarətçilərə qarşı mübarizə üçün 500 hərbi jandarm göndərilib. Polşa ordusu, həmçinin su basmış binaları dezinfeksiya etmək üçün 300 mütəxəssisdən ibarət xüsusi bölmə formalaşdırır.
Anormal leysan yağışlar səbəbindən Polşanın cənubunda çaylar öz məcrasından çıxıb, bir sıra yaşayış məntəqələri su altında qalıb, ölənlər və xəsarət alanlar var. Polşa hökuməti daşqından zərər çəkmiş ərazilərdə təbii fəlakət rejimi tətbiq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.