https://sputnik.az/20240918/pasinyan-ne-rusiya-federasiyasi-ne-de-a-ile-iqtisadi-elaqeleri-kesmek-fikrindeyik-467478483.html
Paşinyan: Nə Rusiya Federasiyası, nə də Aİİ ilə iqtisadi əlaqələri kəsmək fikrindəyik
Paşinyan: Nə Rusiya Federasiyası, nə də Aİİ ilə iqtisadi əlaqələri kəsmək fikrindəyik
Sputnik Azərbaycan
Ermənistanın Baş naziri deyib ki, ölkəsi Aİ və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməklə iqtisadi əlaqələrini şaxələndirməyə çalışır, lakin bu, tərəfdaşları əvəz... 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T21:44+0400
2024-09-18T21:44+0400
2024-09-18T21:44+0400
ermənistanın baş naziri nikol paşinyan
dünya xəbərləri
nikol paşinyan
rusiya
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0a/467281537_0:161:3071:1888_1920x0_80_0_0_5d9cb2d40078e9626a58c93d9e93cf8b.jpg
BAKI, 18 sentyabr — Sputnik. Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət dövriyyəsini azaltmağı və ya iqtisadi əlaqələri kəsməyi planlaşdırmır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan II Dünya Erməni Sammitində deyib. Onun sözlərinə görə, ölkəsi Aİ və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməklə iqtisadi əlaqələrini şaxələndirməyə çalışır, lakin bu, tərəfdaşları əvəz etmək deyil. Paşinyan qeyd edib ki, şaxələndirmə mərhələli prosesdir və vaxt tələb edir. Xatırladaq ki, 2024-cü ilin ilk altı ayında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 8,4 milyard dolları ötüb ki, bu da ticarətin həcminin 7,4 milyard dollar təşkil etdiyi bütün 2023-cü ilin göstəricilərini üstələyir. Bunda Ermənistanın Aİİ-yə üzvlüyü mühüm rol oynayır. Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın daxil olduğu Aİİ 2015-ci il yanvarın 1-də yaradılıb. Eyni zamanda, Ermənistanla Aİİ-nin digər ölkələri arasında ümumi sərhədlərin olmaması müəyyən problemlər yaradır, buna görə də praktikada bir çox tənzimləmələr son dərəcə çətindir və ya ümumiyyətlə işləmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0a/467281537_170:0:2901:2048_1920x0_80_0_0_b5ec35962549103c892d95828a4f34d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, rusiya, avropa ittifaqı
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, rusiya, avropa ittifaqı
Paşinyan: Nə Rusiya Federasiyası, nə də Aİİ ilə iqtisadi əlaqələri kəsmək fikrindəyik
Ermənistanın Baş naziri deyib ki, ölkəsi Aİ və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməklə iqtisadi əlaqələrini şaxələndirməyə çalışır, lakin bu, tərəfdaşları əvəz etmək deyil.
BAKI, 18 sentyabr — Sputnik. Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət dövriyyəsini azaltmağı və ya iqtisadi əlaqələri kəsməyi planlaşdırmır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan II Dünya Erməni Sammitində deyib.
Onun sözlərinə görə, ölkəsi Aİ və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməklə iqtisadi əlaqələrini şaxələndirməyə çalışır, lakin bu, tərəfdaşları əvəz etmək deyil. Paşinyan qeyd edib ki, şaxələndirmə mərhələli prosesdir və vaxt tələb edir.
Xatırladaq ki, 2024-cü ilin ilk altı ayında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 8,4 milyard dolları ötüb ki, bu da ticarətin həcminin 7,4 milyard dollar təşkil etdiyi bütün 2023-cü ilin göstəricilərini üstələyir. Bunda Ermənistanın Aİİ-yə üzvlüyü mühüm rol oynayır.
Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın daxil olduğu Aİİ 2015-ci il yanvarın 1-də yaradılıb.
Eyni zamanda, Ermənistanla Aİİ-nin digər ölkələri arasında ümumi sərhədlərin olmaması müəyyən problemlər yaradır, buna görə də praktikada bir çox tənzimləmələr son dərəcə çətindir və ya ümumiyyətlə işləmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.