https://sputnik.az/20240918/nternat-mekteblerinin-siniflerinde-sagirdlerin-maksimum-sayi-mueyyen-olunub-467481369.html
İnternat məktəblərinin siniflərində şagirdlərin maksimum sayı müəyyən olunub
İnternat məktəblərinin siniflərində şagirdlərin maksimum sayı müəyyən olunub
Sputnik Azərbaycan
Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat... 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T18:40+0400
2024-09-18T18:40+0400
2024-09-18T18:44+0400
internat
təhsil
məktəb
https://cdnn1.img.sputnik.az/img/07e4/09/08/424876389_0:132:3072:1860_1920x0_80_0_0_38c86fa028e0f683788a74fc60368a2a.jpg
BAKI, 18 sentyabr — Sputnik. Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı müəyyən olunub. Nazirlər Kabineti bu barədə qərar verib. Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı aşağıdakı qaydada müəyyənləşdirilir: - eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün - 8 nəfər; - eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər üçün - 10 nəfər; - nitq pozuntuları olan şəxslər üçün - 12 nəfər; - görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün - 12 nəfər; - əqli (psixi) pozuntuları (əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar) olan şəxslər üçün - 10 nəfər; - emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər üçün - 12 nəfər; - dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olan şəxslər üçün - 10 nəfər; - xroniki somatik xəstəlikləri olan şəxslər üçün - 10 nəfər; - mürəkkəb çatışmazlıqları olan şəxslər üçün - 6 nəfər. Əqli geriliyi və ya fiziki çatışmazlığı olan şagirdlər üçün əmək təlimi və istehsalat hazırlığı sinifləri 5 nəfərdən az olmamaqla komplektləşdirilir. Ümumi təhsil müəssisələrində təşkil edilən inklüziv təhsil sinfi 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/08/424876389_219:0:2950:2048_1920x0_80_0_0_9a6b9779b5567c107ef2065f0e538d68.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
internat, məktəb
İnternat məktəblərinin siniflərində şagirdlərin maksimum sayı müəyyən olunub
18:40 18.09.2024 (Yenilənib: 18:44 18.09.2024) Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində şagirdlərin maksimum sayı müəyyənləşdirilib.
BAKI, 18 sentyabr — Sputnik. Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı müəyyən olunub.
Nazirlər Kabineti bu barədə qərar verib.
Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı aşağıdakı qaydada müəyyənləşdirilir:
- eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün - 8 nəfər;
- eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər üçün - 10 nəfər;
- nitq pozuntuları olan şəxslər üçün - 12 nəfər;
- görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün - 12 nəfər;
- əqli (psixi) pozuntuları (əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar) olan şəxslər üçün - 10 nəfər;
- emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər üçün - 12 nəfər;
- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olan şəxslər üçün - 10 nəfər;
- xroniki somatik xəstəlikləri olan şəxslər üçün - 10 nəfər;
- mürəkkəb çatışmazlıqları olan şəxslər üçün - 6 nəfər.
Əqli geriliyi və ya fiziki çatışmazlığı olan şagirdlər üçün əmək təlimi və istehsalat hazırlığı sinifləri 5 nəfərdən az olmamaqla komplektləşdirilir. Ümumi təhsil müəssisələrində təşkil edilən inklüziv təhsil sinfi 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.