https://sputnik.az/20240918/mislide-mektebin-acilisinin-gecikmesine-etiraz-eden-muellim-isden-cixardildi-467478740.html
İmişlidə məktəbin açılışının gecikməsinə etiraz edən müəllim işdən çıxarıldı
İmişlidə məktəbin açılışının gecikməsinə etiraz edən müəllim işdən çıxarıldı
Sputnik Azərbaycan
Müəllimin sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırdığı bildirilir. 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T12:45+0400
2024-09-18T12:45+0400
2024-09-18T13:05+0400
abş
təhsil
imişli
məktəb
tiktok
video-görüntü
şagirdlər
müəllim
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_0:0:3071:1728_1920x0_80_0_0_f33dd3ea0b90009d3c8f7cbdde9ff9fe.jpg
BAKI, 18 sentyabr — Sputnik. Sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N.Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb. "Müəllim qeyd olunanlarla kifayətlənməyib, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin "Təhsilverənlərin etik davranış Qaydaları"nı kobud şəkildə pozub. Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlınmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə xitam verilib" - deyə məlumatda bildirilib. Xatırladaq ki, İmişlinin Aranlı kəndində yeni məktəb tikilsə də, şagirdlərin bu tədris ilində həmin məktəbə buraxılmamasına müəllimələrdən biri sensasiyalı etiraz edib. Görüntülərdən belə aydın olur ki, bir neçə aydır tikinti işləri gedən məktəbin şagirdləri qonşuluqdakı Qızılkənd kəndinin məktəbinə getməli olublar. Videoda kənd sakinlərindən biri etiraz edib ki, qonşu kəndin yolu uzaqdır və uşağını ora aparıb-gətirməkdə əziyyət çəkirlər. Leyla Nəcəfquliyeva "YouTube" kanalındakı digər videosunda iddia edib ki, məktəbin tikintisi yeddi ay öncə başa çatsa da, su xətti çəkilməyib, yaşıllaşdırma işləri aparılmayıb. Bu barədə müəllimə digər sosial şəbəkələrdə də video yayıb. Videoda müəllimə məktəbin girişində açıq havada şagirdlərə dərs keçib. Bu zaman kənd icra nümayəndəsi olduğu iddia olunan şəxs-Əlhümbət Alıkişiyev prosesə mane olmaq istəyib. Aranlı kəndinin icra nümayəndəsi Əlhümbət Alıkişiyev bildirib ki, məktəbin Bilik Günü açılışı rəhbər şəxslərin Mil-Muğan Regional Təhsil İdarəsinə gəlişinin gecikməsi səbəbindən baş tutmayıb. Müəllimlə icra nümayəndəsi arasında mübahisə sosial mediada böyük marağa səbəb olub. Nəticədə müəllim işdən çıxardılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_340:0:3071:2048_1920x0_80_0_0_38ee0af087f95267474cc6552e4c2f28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
abş, imişli, məktəb, tiktok, video-görüntü, şagirdlər, müəllim
abş, imişli, məktəb, tiktok, video-görüntü, şagirdlər, müəllim
İmişlidə məktəbin açılışının gecikməsinə etiraz edən müəllim işdən çıxarıldı
12:45 18.09.2024 (Yenilənib: 13:05 18.09.2024) Müəllimin sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırdığı bildirilir.
BAKI, 18 sentyabr — Sputnik. Sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N.Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.
"Müəllim qeyd olunanlarla kifayətlənməyib, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin "Təhsilverənlərin etik davranış Qaydaları"nı kobud şəkildə pozub. Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlınmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə xitam verilib" - deyə məlumatda bildirilib.
Xatırladaq ki, İmişlinin Aranlı kəndində yeni məktəb tikilsə də, şagirdlərin bu tədris ilində həmin məktəbə buraxılmamasına müəllimələrdən biri sensasiyalı etiraz edib. Görüntülərdən belə aydın olur ki, bir neçə aydır tikinti işləri gedən məktəbin şagirdləri qonşuluqdakı Qızılkənd kəndinin məktəbinə getməli olublar. Videoda kənd sakinlərindən biri etiraz edib ki, qonşu kəndin yolu uzaqdır və uşağını ora aparıb-gətirməkdə əziyyət çəkirlər.
Leyla Nəcəfquliyeva "YouTube" kanalındakı digər videosunda iddia edib ki, məktəbin tikintisi yeddi ay öncə başa çatsa da, su xətti çəkilməyib, yaşıllaşdırma işləri aparılmayıb. Bu barədə müəllimə digər sosial şəbəkələrdə də video yayıb. Videoda müəllimə məktəbin girişində açıq havada şagirdlərə dərs keçib. Bu zaman kənd icra nümayəndəsi olduğu iddia olunan şəxs-Əlhümbət Alıkişiyev prosesə mane olmaq istəyib. Aranlı kəndinin icra nümayəndəsi Əlhümbət Alıkişiyev bildirib ki, məktəbin Bilik Günü açılışı rəhbər şəxslərin Mil-Muğan Regional Təhsil İdarəsinə gəlişinin gecikməsi səbəbindən baş tutmayıb. Müəllimlə icra nümayəndəsi arasında mübahisə sosial mediada böyük marağa səbəb olub. Nəticədə müəllim işdən çıxardılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.