https://sputnik.az/20240918/merkezi-bankin-valyuta-bazarina-satis-yonlu-mudaxilesi-gozlenilir-467479334.html
Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi gözlənilir
Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi gözlənilir
Sputnik Azərbaycan
Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə... 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T20:58+0400
2024-09-18T20:58+0400
2024-09-18T20:58+0400
mərkəzi bank
iqtisadiyyat
faiz
faiz dərəcəsi
dollar
manat
https://cdnn1.img.sputnik.az/img/40384/38/403843815_0:0:1800:1014_1920x0_80_0_0_3f0121042b59578e1173bc5870ca552f.jpg
BAKI, 18 sentyabr — Sputnik. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur. Bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri haqqında məlumatında deyilir. Məlumatda bildirilir ki, cari ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbi Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur. Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaq. "Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcək" - məlumatda diqqətə çatdırılıb. Məlumata görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 6.1% artaraq 72.6 milyard ABŞ dollarına çatıb. Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Xatırladaq ki, ölkədə milli valyutanın məzənnəsi 2018-ci il martın 7-dən sabitdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240918/azerbaycan-merkezi-banki-faizlerle-bagli-qerar-verdi---cedvel-467478933.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40384/38/403843815_200:0:1800:1200_1920x0_80_0_0_213e3553560b225b3e2f0b9c7faee111.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi bank, faiz, faiz dərəcəsi, dollar, manat
mərkəzi bank, faiz, faiz dərəcəsi, dollar, manat
Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi gözlənilir
Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcək.
BAKI, 18 sentyabr — Sputnik. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri haqqında məlumatında deyilir.
Məlumatda bildirilir ki, cari ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbi Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur. Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaq.
"Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcək" - məlumatda diqqətə çatdırılıb.
Məlumata görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 6.1% artaraq 72.6 milyard ABŞ dollarına çatıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır.
Xatırladaq ki, ölkədə milli valyutanın məzənnəsi 2018-ci il martın 7-dən sabitdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.