DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində xeyli adam ölüb

© AP Photo / Ohad Zwigenbergİsrail əsgəri
İsrail əsgəri - Sputnik Azərbaycan, 1920, 18.09.2024
Abunə olmaq
Bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır.
BAKI, 18 sentyabr — Sputnik. Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, azı 450 nəfər yaralanıb.
Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. “Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.
***
Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300-dən çox insanın yaralandığı bildirilir.
Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
***
Livanda rabitə cihazlarında yenidən partlayışlar olub, 3 nəfər ölüb, daha 100-ü xəsarət alıb.
Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Livan mediası da yazıb ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.
Ölənlər arasında "Hizbullah" liderlərindən birinin oğlu da var.
***
İsrail kəşfiyyat xidməti Mossad Livanın Hizbullah qruplaşmasının Tayvandan gətirdiyi 5000 peycerə partlayıcı yerləşdirib. Bu barədə Reuters mənbələrə istinadən məlumat verib.
"Bir gün əvvəl peycerlərin partlaması nəticəsində 4 min adam yaralanıb, 11 nəfər həlak olub.
Livan təhlükəsizlik xidmətinin məlumatına görə, peycerlər Tayvanın Qızıl Apollo şirkəti tərəfindən istehsal edilib. Lakin şirkət bunu təsdiqləməyib və istehsalın Tayvan brendindən istifadə etmək üçün lisenziyası olan BAC tərəfindən həyata keçirildiyini qeyd edib. Bu şirkət Avropada yerləşir, lakin konkret hansı ölkədə olduğu rəsmi olaraq göstərilməyib.
Reuters yazır ki, Mossad bombardman planını bir neçə ay ərzində hazırlaya bilərdi. Agentliyin mənbəsinin sözlərinə görə, kəşfiyyat xidməti sifariş edilmiş 5 min peyceri ilin əvvəlində Livana idxal edib. Ehtimallara görə, İsrail onlara partlayıcı quraşdırıb.
"Mossad kodu alan cihazın içərisinə partlayıcı olan lövhə yerləşdirib. Həmin lövhəni hər hansı vasitə ilə aşkar etmək çox çətindir. Hətta istənilən cihaz və ya skanerdən istifadə etməklə belə bu mümkün deyil", - agentliyin mənbəsi bildirib. O əlavə edib ki, 3000 peycer onlara kodlu mesaj göndərilərkən partlayıb və bütün cihazlarda eyni vaxtda partlayıcılar işə düşüb.
Reuters-in başqa bir mənbəsinə görə, peycerlər üç qrama qədər partlayıcı ilə dolu olub və Hizbullah bir neçə ay ərzində onları aşkar edə bilməyib. Qətərin "Əl-Cəzirə" bildirib ki, partlamış peycerlərdə 20 qram partlayıcı maddə olub.
Hadisə dünən, sentyabrın 17-də baş verib. İlkin olaraq onlarla zərərçəkən barədə məlumat verilsə də, bir saat ərzində onların sayı min nəfəri keçib. Hizbullah hərəkatın iki üzvünün, o cümlədən Livan parlamentinin üzvü Əli Əmmarın oğlunun öldürüldüyünü bildirib. Yaralılar arasında İranın Livandakı səfiri Moctaba Amani də var. Hizbullah İsraili günahlandırıb və onu qisas alacağı ilə hədələyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0