https://sputnik.az/20240918/hikmet-haciyev-diplomatik-korpusun-uzvlerini-suqovusan-ve-serseng-su-anbarlarina-aparib-467475833.html
Azərbaycandakı diplomatlar Kəlbəcər rayonuna səfər ediblər
Azərbaycandakı diplomatlar Kəlbəcər rayonuna səfər ediblər
Sputnik Azərbaycan
Qonaqlar "Yuxarı Vəng" Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu da ziyarət... 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T19:20+0400
2024-09-18T19:20+0400
2024-09-18T23:48+0400
suqovuşan
azərbaycan xəbərləri
hikmət hacıyev
sərsəng su anbarı
istisu
kəlbəcər
tərtər çayı
diplomatik korpus
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425737226_0:161:3070:1888_1920x0_80_0_0_55fe033ec32749af5f0d6e50cdf4eb84.jpg
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda akkreditə olunmuş diplomatların ölkənin işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb.Səfər zamanı 20-si səfir olmaqla 60-dan çox diplomat regionda aparılan tikinti-bərpa işləri ilə ətraflı tanış olub.Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.Birgünlük səfərin ilk dayanacağı Ağdərə rayonunun Suqovuşan qəsəbəsi olub. Diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı qazanıb, “Suqovuşan” istirahət parkına baş çəkib, burada onlara bu qəsəbənin işğaldan azad edilən ilk yaşayış məntəqələrindən biri olduğu barədə məlumat verilib.Nümayəndə heyəti, həmçinin əsas infrastruktur obyektlərinə, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də bu yaxınlarda istifadəyə verilmiş “Yuxarı Vəng” su elektrik stansiyasında olub.Kəlbəcər rayonunda isə onlar tarixi abidə - Xudavəng monastır kompleksi ilə tanış olublar.Səfər Kəlbəcərdə yeni qəsəbə və təhsil kompleksinin tikintisinin gedişi ilə tanışlıqla başa çatıb. Diplomatlara həmçinin “İstisu” mineral su zavodunda istehsal prosesi də nümayiş etdirilib.Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün mütəmadi olaraq ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfərlər təşkil olunur.***Hikmət Hacıyev diplomatik korpusun üzvlərini Suqovuşan və Sərsəng su anbarlarına aparıbAzərbaycan Respublikasında akkreditə edilmiş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri Kəlbəcərə səfərləri çərçivəsində sentyabrın 18-də Suqovuşan və Sərsəng su anbarlarında olublar. Səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Xarici qonaqlar səfər zamanı, həmçinin "Yuxarı Vəng" Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu və digər əraziləri ziyarət edəcəklər. Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçirilir. Qeyd edək ki, Suqovuşan su anbarı və magistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir. Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində inşa edilmiş su anbarıdır. Onun ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər rayonu ərazisində yerləşir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425737226_171:0:2900:2047_1920x0_80_0_0_8aa0882165815969d7db744149a02e06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
suqovuşan, hikmət hacıyev, sərsəng su anbarı, istisu, kəlbəcər, tərtər çayı, diplomatik korpus
suqovuşan, hikmət hacıyev, sərsəng su anbarı, istisu, kəlbəcər, tərtər çayı, diplomatik korpus
Azərbaycandakı diplomatlar Kəlbəcər rayonuna səfər ediblər
19:20 18.09.2024 (Yenilənib: 23:48 18.09.2024) Qonaqlar "Yuxarı Vəng" Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu da ziyarət ediblər.
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda akkreditə olunmuş diplomatların ölkənin işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb.
Səfər zamanı 20-si səfir olmaqla 60-dan çox diplomat regionda aparılan tikinti-bərpa işləri ilə ətraflı tanış olub.
Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Birgünlük səfərin ilk dayanacağı Ağdərə rayonunun Suqovuşan qəsəbəsi olub. Diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı qazanıb, “Suqovuşan” istirahət parkına baş çəkib, burada onlara bu qəsəbənin işğaldan azad edilən ilk yaşayış məntəqələrindən biri olduğu barədə məlumat verilib.
Nümayəndə heyəti, həmçinin əsas infrastruktur obyektlərinə, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də bu yaxınlarda istifadəyə verilmiş “Yuxarı Vəng” su elektrik stansiyasında olub.
Kəlbəcər rayonunda isə onlar tarixi abidə - Xudavəng monastır kompleksi ilə tanış olublar.
Səfər Kəlbəcərdə yeni qəsəbə və təhsil kompleksinin tikintisinin gedişi ilə tanışlıqla başa çatıb. Diplomatlara həmçinin “İstisu” mineral su zavodunda istehsal prosesi də nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün mütəmadi olaraq ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfərlər təşkil olunur.
Hikmət Hacıyev diplomatik korpusun üzvlərini Suqovuşan və Sərsəng su anbarlarına aparıb
Azərbaycan Respublikasında akkreditə edilmiş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri Kəlbəcərə səfərləri çərçivəsində sentyabrın 18-də Suqovuşan və Sərsəng su anbarlarında olublar.
Səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Xarici qonaqlar səfər zamanı, həmçinin "Yuxarı Vəng" Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu və digər əraziləri ziyarət edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçirilir.
Qeyd edək ki, Suqovuşan su anbarı və magistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.
Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində inşa edilmiş su anbarıdır. Onun ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər rayonu ərazisində yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.