https://sputnik.az/20240918/azerbaycanda-yeniden-ehalinin-peyvendlenmesine-baslanildi-467475974.html
Azərbaycanda yenidən əhalinin peyvəndlənməsinə başlanıldı
Azərbaycanda yenidən əhalinin peyvəndlənməsinə başlanıldı
Sputnik Azərbaycan
Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və... 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T10:48+0400
2024-09-18T10:48+0400
2024-09-18T11:16+0400
bakı
səhiyyə
vaksinasiya
peyvənd
səhiyyə nazirliyi
qrip
təbib
https://cdnn1.img.sputnik.az/img/07e8/09/12/467475046_0:93:1280:813_1920x0_80_0_0_6252d365b2243e4264108dbad3a2b623.jpg
BAKI, 18 sentyabr — Sputnik. Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə vaksinasiyaya başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən bildirilib. Məlumatda qeyd olunur ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ənənəvi olaraq profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir. 10 sentyabr 2024-cü il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub. Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə uyğunluq təşkil edir. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər. Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur. Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir. Bakı şəhəri üzrə mövsümi qrip peyvəndinin vurulma məntəqələrinin siyahısı: https://tabib.gov.az/media/xeberler/397Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/12/467475046_37:0:1244:905_1920x0_80_0_0_ce87b25ce6e3e10ab0b5f2ef69241ed0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, vaksinasiya, peyvənd, səhiyyə nazirliyi, qrip, təbib
bakı, vaksinasiya, peyvənd, səhiyyə nazirliyi, qrip, təbib
Azərbaycanda yenidən əhalinin peyvəndlənməsinə başlanıldı
10:48 18.09.2024 (Yenilənib: 11:16 18.09.2024) Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur.
BAKI, 18 sentyabr — Sputnik. Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə vaksinasiyaya başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən bildirilib. Məlumatda qeyd olunur ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ənənəvi olaraq profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
10 sentyabr 2024-cü il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur.
Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə uyğunluq təşkil edir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.
Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur.
Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.
Bakı şəhəri üzrə mövsümi qrip peyvəndinin vurulma məntəqələrinin siyahısı:
https://tabib.gov.az/media/xeberler/397Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.