https://sputnik.az/20240917/pediatrdan-mekteblilerin-qidalanmasi-ile-bagli-xeberdarliq-467456288.html
Pediatrdan məktəblilərin qidalanması ilə bağlı xəbərdarlıq!
Pediatrdan məktəblilərin qidalanması ilə bağlı xəbərdarlıq!
Sputnik Azərbaycan
Mütəxəssis bildirib ki, məktəblilərin plastik şüşədə su qablarında olan suları içməsi də tövsiyə edilən deyil. 17.09.2024, Sputnik Azərbaycan
2024-09-17T22:22+0400
2024-09-17T22:22+0400
2024-09-17T22:22+0400
pediatr
təhsil
uşaq
qidalanma
məktəb
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985158_361:523:3072:2048_1920x0_80_0_0_12327e26b5a906e52a281e15fa1f85bb.jpg
BAKI, 17 sentyabr — Sputnik. "Şagirdlər arasında qidalanma ilə bağlı ən çox yayılan səhvlər səhər növbəsində oxuyanların çox vaxt məktəbə ac və ya yüngül, "ayaqüstü" atışdırmalıqlar yeyərək gəlməlidir. Günə və dərsə gümrah, sağlam başlamaq üçün faydalı səhər yeməyi çox vacibdir". Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri pediatr Günay Rəsulova açıqlayıb. Onun sözlərinə görə, hazır paketli qidalar, fastfud, tez hazırlanan sendviçlər, yüksək şəkər tərkibli hazır bişmələr boş və yüksək kalorili, qida dəyəri isə çox az olduğu üçün uşaqlar bu qidalardan uzaq olmalıdırlar. Pediatr bildirib ki, məktəblilərin plastik şüşədə su qablarında olan suları içməsi də tövsiyə edilən deyil: "Həmçinin, uşaqların məktəbə, kəskin qoxu verən, narahatedici qidalar gətirməsi və yeməsi uyğun görülmür. Bu həm uşağın özü, həm də ətrafdakılar üçün narahatedici, dərsə fikirlərin yayınmasına səbəb ola bilər".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985158_679:420:2850:2048_1920x0_80_0_0_d20526689941b6a3ce88d0f85c67a299.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pediatr, uşaq, qidalanma, məktəb, azərbaycan
pediatr, uşaq, qidalanma, məktəb, azərbaycan
Pediatrdan məktəblilərin qidalanması ilə bağlı xəbərdarlıq!
Mütəxəssis bildirib ki, məktəblilərin plastik şüşədə su qablarında olan suları içməsi də tövsiyə edilən deyil.
BAKI, 17 sentyabr — Sputnik. "Şagirdlər arasında qidalanma ilə bağlı ən çox yayılan səhvlər səhər növbəsində oxuyanların çox vaxt məktəbə ac və ya yüngül, "ayaqüstü" atışdırmalıqlar yeyərək gəlməlidir. Günə və dərsə gümrah, sağlam başlamaq üçün faydalı səhər yeməyi çox vacibdir".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri pediatr Günay Rəsulova açıqlayıb.
Onun sözlərinə görə, hazır paketli qidalar, fastfud, tez hazırlanan sendviçlər, yüksək şəkər tərkibli hazır bişmələr boş və yüksək kalorili, qida dəyəri isə çox az olduğu üçün uşaqlar bu qidalardan uzaq olmalıdırlar.
"Valideynlər uşaqların məktəbə yaxın ərazilərdən "ayaqüstü" qidalar almalarına nəzarət etməlidirlər. Səhər uşağı məktəbə şirin çay içərək göndərmək kimi bir vərdişimiz var. Səhər saatlarında yüksək şəkərli yeyəcək və içəcəklərin qəbul edilməsi, dərs saatlarında qanda şəkərin miqdarının artması nəticəsində uşağın halsız, yorğun, əzgin hiss etməsinə və baş ağrısına səbəb ola bilər. Məktəbə gedən uşağın qidasının boş kalori yükündən deyil, sağlam, proteinlə zəngin, vitaminli, rahat həzm edilə bilən qidalardan ibarət olmasına diqqət etməliyik".
Pediatr bildirib ki, məktəblilərin plastik şüşədə su qablarında olan suları içməsi də tövsiyə edilən deyil:
"Həmçinin, uşaqların məktəbə, kəskin qoxu verən, narahatedici qidalar gətirməsi və yeməsi uyğun görülmür. Bu həm uşağın özü, həm də ətrafdakılar üçün narahatedici, dərsə fikirlərin yayınmasına səbəb ola bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.