Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

İNFOQRAFİKA - Rusiya ilə Azərbaycan arasında təbii qaz ticarəti

Abunə olmaq
2022-ci ilin noyabrından 2023-cü ilin martına qədər Rusiya Federasiyası Azərbaycan Respublikasına 900 milyon kubmetr qaz verib. Ölkələr arasında qaz mübadiləsi haqqında ətraflı məlumatı "Sputnik Azərbaycan"ın infoqrafikasında oxuyun.
BAKI, 17 sentyabr — Sputnik. Rusiya Federasiyası ilə Azərbaycan arasında 2022-ci ilin noyabrından 2023-cü ilin martına qədər olan dövrü əhatə edən mövsümi qaz mübadiləsinə dair müqavilənin icrası çərçivəsində Rusiya Azərbaycan bazarına 900 milyon kubmetr yanacaq verib.
Bu müddət ərzində Azərbaycan əks istiqamətə 320 milyon kubmetrdən bir qədər çox qaz ötürüb.
1982-ci ildən Azərbaycan və Rusiya arasında Qazıməhəmməd (hazırkı Hacıqabul)-Mozdok magistral boru kəmərinin bir hissəsi olan 200 km uzunluğunda Bakı-Novo-Filya qaz kəməri fəaliyyət göstərir.
Onun layihə gücü 10 milyard kubmetrə qədərdir, faktiki istifadə olunan gücü isə 4,5 milyard kubmetrdən çox deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0