https://sputnik.az/20240917/gelen-ilin-budcesinde-azerbaycan-neftinin-qiymeti-70-dollar-neserde-tutulur-467472056.html
Gələn ilin büdcəsində Azərbaycan neftinin qiyməti 70 dollar nəsərdə tutulur
Gələn ilin büdcəsində Azərbaycan neftinin qiyməti 70 dollar nəsərdə tutulur
Sputnik Azərbaycan
Gələn il dövlət büdcəsi xərclərinin 10,1%-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpasına yönəldiləcək. 17.09.2024, Sputnik Azərbaycan
2024-09-17T21:00+0400
2024-09-17T21:00+0400
2024-09-17T21:00+0400
iqtisadiyyat
maliyyə
büdcə
azərbaycan
neft
maliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_0:0:2000:1125_1920x0_80_0_0_15765d0f4375dd53c7509ac7fa1f85c8.jpg
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır.Ümumilikdə, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.2025-ci ildə Azərbaycanın icmal büdcəsinin isə gəlirlərinin 44 milyard 371,4 milyon manat, xərclərinin isə 45 milyard 867 milyon manat olacağı gözlənilir.Gələn il Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 658,3 milyon manat olması nəzərdə tutulur. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,6 % azdır.Bundan əlavə, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 4 milyard manatı və yaxud 10,1 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_188:0:1965:1333_1920x0_80_0_0_1b89ca1f2b51063782287c529255b875.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maliyyə, büdcə, azərbaycan, neft, maliyyə nazirliyi
maliyyə, büdcə, azərbaycan, neft, maliyyə nazirliyi
Gələn ilin büdcəsində Azərbaycan neftinin qiyməti 70 dollar nəsərdə tutulur
Gələn il dövlət büdcəsi xərclərinin 10,1%-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpasına yönəldiləcək.
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır.
Ümumilikdə, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.
2025-ci ildə Azərbaycanın icmal büdcəsinin isə gəlirlərinin 44 milyard 371,4 milyon manat, xərclərinin isə 45 milyard 867 milyon manat olacağı gözlənilir.
Gələn il Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 658,3 milyon manat olması nəzərdə tutulur. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,6 % azdır.
Bundan əlavə, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 4 milyard manatı və yaxud 10,1 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.