https://sputnik.az/20240917/brics-cercivesinde-genis-spektr-emekdasliq-istiqametleri-movcuddur---ayxan-hacizade-467456427.html
BRICS çərçivəsində geniş spektr əməkdaşlıq istiqamətləri mövcuddur - Ayxan Hacızadə
BRICS çərçivəsində geniş spektr əməkdaşlıq istiqamətləri mövcuddur - Ayxan Hacızadə
Sputnik Azərbaycan
Diplomat vurğulayıb ki, Azərbaycan regionda etibarlı tərəfdaş olmaqla beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunub saxlanmasına töhfə verməkdə... 17.09.2024, Sputnik Azərbaycan
2024-09-17T13:18+0400
2024-09-17T13:18+0400
2024-09-17T13:18+0400
ayxan hacızadə
siyasət
briks
azərbaycan
ərazi bütövlüyü
əməkdaşlıq
müraciət
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447657259_0:0:850:478_1920x0_80_0_0_549c7e095bf8537182d2b81524c767c4.jpg
BAKI, 17 sentyabr — Sputnik. BRICS-ə üzv dövlətlər böyük təbii resurslara, böyük daxili bazara və əmək rezervlərinə, bir sıra üzvləri yüksək texnoloji sənayeyə malik ölkələrdir. Bunu "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. XİN rəsmisi bildirib ki, BRICS-də BMT TŞ, Böyük 20-lik, Qoşulmama Hərəkatı, Afrika Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional strukturlarının üzv olan dövlətlər bir araya gəlib: Ayxan Hacızadə qeyd edib ki, BRICS çərçivəsində geniş spektr əməkdaşlıq istiqamətləri mövcuddur: "Ümumilikdə, BRICS çərçivəsində üç əsas istiqamət - siyasi və təhlükəsizlik, maliyyə və iqtisadi, mədəni və xalqlar arasında münasibətlər üzrə əməkdaşlıq aparılır. Bununla bağlı, BRICS-in müxtəlif təsisatları, işçi qruplar, bank-maliyyə qurumlarından başlayaraq "Academic Forum" və "Think Tanks Council" kimi əməkdaşlıq mexanizmləri mövcuddur. BRICS əməkdaşlığının sahələri qismində o cümlədən terrorizm, kütləvi qırğın silahları, narkotiklərin qeyri-qanuni dövriyyəsi, kibercinayətkarlıq, iqlim dəyişikliyi, post-pandemiya dövrünün çətinlikləri kimi təhdid və çağırışlar ilə mübarizəni göstərmək olar". Diplomat vurğulayıb ki, Azərbaycan regionda etibarlı tərəfdaş olmaqla beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunub saxlanmasına töhfə verməkdə davam edir, beynəlxalq hüququn aliliyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirir, bu məqsədlə bir çox beynəlxalq çoxtərəfli platformalarda əməkdaşlığımız inkişaf etdirilir və dərinləşdirilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447657259_141:0:848:530_1920x0_80_0_0_d7ec0d22cbd752a86d8d7b75ac718795.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ayxan hacızadə, briks , azərbaycan, ərazi bütövlüyü, əməkdaşlıq, müraciət
ayxan hacızadə, briks , azərbaycan, ərazi bütövlüyü, əməkdaşlıq, müraciət
BRICS çərçivəsində geniş spektr əməkdaşlıq istiqamətləri mövcuddur - Ayxan Hacızadə
Diplomat vurğulayıb ki, Azərbaycan regionda etibarlı tərəfdaş olmaqla beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunub saxlanmasına töhfə verməkdə davam edir.
BAKI, 17 sentyabr — Sputnik. BRICS-ə üzv dövlətlər böyük təbii resurslara, böyük daxili bazara və əmək rezervlərinə, bir sıra üzvləri yüksək texnoloji sənayeyə malik ölkələrdir. Bunu "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
XİN rəsmisi bildirib ki, BRICS-də BMT TŞ, Böyük 20-lik, Qoşulmama Hərəkatı, Afrika Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional strukturlarının üzv olan dövlətlər bir araya gəlib:
"Bütün bunlarla BRICS beynəlxalq münasibətlər sistemində özünəməxsus çəkiyə malik bir təşkilata çevirib. BRICS çərçivəsində əməkdaşlıq daxili işlərə qarışmamaq, bərabərlik və qarşılıqlı mənfəətə əsaslanır. BRICS-in sənədlərində dövlətlərin suveren bərabərliyi və bir-birinin işlərinə qarışmamaq prinsipləri, ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülh və təhlükəsizliyin bərqərar olması üçün birgə işləmək qətiyyəti izhar olunur".
Ayxan Hacızadə qeyd edib ki, BRICS çərçivəsində geniş spektr əməkdaşlıq istiqamətləri mövcuddur:
"Ümumilikdə, BRICS çərçivəsində üç əsas istiqamət - siyasi və təhlükəsizlik, maliyyə və iqtisadi, mədəni və xalqlar arasında münasibətlər üzrə əməkdaşlıq aparılır. Bununla bağlı, BRICS-in müxtəlif təsisatları, işçi qruplar, bank-maliyyə qurumlarından başlayaraq "Academic Forum" və "Think Tanks Council" kimi əməkdaşlıq mexanizmləri mövcuddur. BRICS əməkdaşlığının sahələri qismində o cümlədən terrorizm, kütləvi qırğın silahları, narkotiklərin qeyri-qanuni dövriyyəsi, kibercinayətkarlıq, iqlim dəyişikliyi, post-pandemiya dövrünün çətinlikləri kimi təhdid və çağırışlar ilə mübarizəni göstərmək olar".
Diplomat vurğulayıb ki, Azərbaycan regionda etibarlı tərəfdaş olmaqla beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunub saxlanmasına töhfə verməkdə davam edir, beynəlxalq hüququn aliliyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirir, bu məqsədlə bir çox beynəlxalq çoxtərəfli platformalarda əməkdaşlığımız inkişaf etdirilir və dərinləşdirilir.
"Ölkəmiz BRICS-ə üzvlük üçün rəsmi müraciəti cari ilin 2 aprel tarixində təşkilatın sədrinə göndərib. Bununla yanaşı, Azərbaycandan əlavə 30-dan artıq ölkə təşkilata qoşulmaq üçün müraciət ünvanlayıb. Ümumilikdə, təşkilatda dünya iqtisadiyyatında əhəmiyyətli çəkiyə malik ölkələrin və fərqli coğrafiyaların təmsil olunması təşkilata artan maraqdan xəbər verir və maraqlı tərəflərdən biri də Azərbaycandır", - Ayxan Hacızadə deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.