https://sputnik.az/20240917/azerbaycanda-liseyler-tehsil-haqlarini-keskin-bahalasdirdi-467453897.html
Azərbaycanda liseylər təhsil haqlarını kəskin bahalaşdırdı
Azərbaycanda liseylər təhsil haqlarını kəskin bahalaşdırdı
Sputnik Azərbaycan
Təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən özəl liseylərin verdikləri təhsil illik təhsil haqqına adekvat deyil. 17.09.2024, Sputnik Azərbaycan
2024-09-17T12:21+0400
2024-09-17T12:21+0400
2024-09-17T12:21+0400
təhsil
təhsil
özəl
lisey
azərbaycan
atatürk
dünya
ekspert
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_0:0:3071:1728_1920x0_80_0_0_4e364fdbe13bb20ed459bf9ae4631e1b.jpg
BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanda özəl liseylərdə təhsil haqqı yenidən bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. İki övladı Bakı Atatürk Liseyində təhsil alan paytaxt sakini Elnur Məhərrəmli Sputnik Azərbaycan-a bildirib ki, Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmalar Vəqfinin liseyi olaraq türkçülüyün, turançılığın təbliğinə xidmət etsə də, təhsil haqlarını hər il bahalaşdırır.Valideyn məcbur olub övladlarını başqa özəl məktəbə yerləşdirdiyini söyləyib. Bakı Atatürk Liseyindən Sputnik Azərbaycan-a təhsil haqlarının artırıldığını təsdiqləyiblər. Bildirililib ki, liseyin 28 may filialı kiçik olduğundan, orada təhsil haqqı 2500 manatda saxlanılıb.Nərimanov filialı isə böyük olduğundan, təhsil haqqı artırılaraq 4500 manat olub. Liseydən təhsil haqqının artırılmasının liseyin öz daxili qərarı olduğunu, səbəbinin açıqlanmadığını söylədilər. Bu tədris ilindən Xəzər Universitetinin Dünya Məktəbində də təhsil haqları artırılıb. Məktəbdən Sputnik Azərbaycan-a bildiriblər ki, hazırda Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 10 min manatdır.V-XI siniflər üçün isə bu məbləğ 10500 manat təşkil edir. Məktəbin ingilis dili bölməsində isə illik təhsil haqqı ibtidai siniflərdə 12500 manat, V-VIII siniflər üzrə isə 14 min manat olub. IX-XI siniflərdə təhsil haqqı bahalaşaraq 16500 manata çatıb.Halbuki, ötən tədris ili Xəzər Universiteti Dünya Məktəbində Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 9000 manat idi. V-XI siniflər üçün isə bu məbləğ 9500 manat təşkil edirdi. Məktəbin ingilis dili bölməsində isə təhsilhaqqı illik 10500 manat həddində müəyyənləşmişdi. Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən özəl liseylərin verdikləri təhsil illik təhsil haqqına adekvat deyil. K.Əsədovun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri də özəl liseylərin məzunlarının nəticələrinin ən ucqar kənd məktəbinin məzununun nəticəsindən fərqlənmədiyini göstərir. Ekspert onu da əlavə edib ki, hazırda özəl liseylərdə təhsilin bir əhəmiyyəti qalmayıb:"İllər əvvəl özəl liseylər məzunlarının Avropa universitetlərinə qəbul olunması ilə öyünürdü. Hazırda adi orta məktəbi bitirən məzun da hazırlığa getməklə Avropa universitetlərinə qəbul oluna bilir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_340:0:3071:2048_1920x0_80_0_0_afa3f6f9ae96f83dfedabcb5ed6ed1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təhsil, özəl, lisey, azərbaycan, atatürk, dünya, ekspert
təhsil, özəl, lisey, azərbaycan, atatürk, dünya, ekspert
Azərbaycanda liseylər təhsil haqlarını kəskin bahalaşdırdı
Təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən özəl liseylərin verdikləri təhsil illik təhsil haqqına adekvat deyil.
BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanda özəl liseylərdə təhsil haqqı yenidən bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. İki övladı Bakı Atatürk Liseyində təhsil alan paytaxt sakini Elnur Məhərrəmli Sputnik Azərbaycan-a bildirib ki, Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmalar Vəqfinin liseyi olaraq türkçülüyün, turançılığın təbliğinə xidmət etsə də, təhsil haqlarını hər il bahalaşdırır.
"Bakı Atatürk Liseyi rəsmi saytında məktəblərinin heç bir ticarət məqsədi güdmədiyini yazsa da, təhsil haqqını hər il bahalaşdırır. Bu ildən liseydə illik təhsil haqqı 4500 manat olub. Halbuki, həmin liseydə təhsilə 2018-ci ildə hər uşaq üçün illik 1000 manat təhsil haqqı ilə başlamışıq. IX sinifdə təhsilhaqqı 2500 manata, X sinifdə 2750 manata qalxdı. Bu ildən isə hər uşaq üçün illik 4500 manat təhsil haqqı tələb edirlər".
Valideyn məcbur olub övladlarını başqa özəl məktəbə yerləşdirdiyini söyləyib.
Bakı Atatürk Liseyindən Sputnik Azərbaycan-a təhsil haqlarının artırıldığını təsdiqləyiblər. Bildirililib ki, liseyin 28 may filialı kiçik olduğundan, orada təhsil haqqı 2500 manatda saxlanılıb.
Nərimanov filialı isə böyük olduğundan, təhsil haqqı artırılaraq 4500 manat olub. Liseydən təhsil haqqının artırılmasının liseyin öz daxili qərarı olduğunu, səbəbinin açıqlanmadığını söylədilər.
Bu tədris ilindən Xəzər Universitetinin Dünya Məktəbində də təhsil haqları artırılıb. Məktəbdən Sputnik Azərbaycan-a bildiriblər ki, hazırda Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 10 min manatdır.
V-XI siniflər üçün isə bu məbləğ 10500 manat təşkil edir. Məktəbin ingilis dili bölməsində isə illik təhsil haqqı ibtidai siniflərdə 12500 manat, V-VIII siniflər üzrə isə 14 min manat olub. IX-XI siniflərdə təhsil haqqı bahalaşaraq 16500 manata çatıb.
Halbuki, ötən tədris ili Xəzər Universiteti Dünya Məktəbində Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 9000 manat idi. V-XI siniflər üçün isə bu məbləğ 9500 manat təşkil edirdi. Məktəbin ingilis dili bölməsində isə təhsilhaqqı illik 10500 manat həddində müəyyənləşmişdi.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən özəl liseylərin verdikləri təhsil illik təhsil haqqına adekvat deyil.
K.Əsədovun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri də özəl liseylərin məzunlarının nəticələrinin ən ucqar kənd məktəbinin məzununun nəticəsindən fərqlənmədiyini göstərir.
"Özəl liseylərin təhsil haqqı reallıqdan çox uzaqdır. Həmin təhsil haqqına şagirdlərə əlavə xarici dillər tədris oluna bilər. Türkiyədə yerləşən özəl liseylərdə belə qiymətlər Azərbaycandan aşağıdır. Bakı Atatürk Liseyiini isə Türk Dünyası Araşdırmalar Vəqfi maliyyələşdirir. Onların icarə haqqına qədər Vəqf ödəyir. Bu halda uşaqları simvolik məbləğlə təhsilə cəlb edib hər il bahalaşdırmaq düzgün addım deyil. Bu qayda ən azında köhnədən təhsil alanlara şamil edilməməlidir. Azərbaycana gəldikdə isə, özəl liseylərin illik təhsil haqları fantastikdir. Çox güman ki, bu özəl liseylərin icarə haqlarının baha olması ilə bağldır", - deyə Kamran Əsədov bildirib.
Ekspert onu da əlavə edib ki, hazırda özəl liseylərdə təhsilin bir əhəmiyyəti qalmayıb:
"İllər əvvəl özəl liseylər məzunlarının Avropa universitetlərinə qəbul olunması ilə öyünürdü. Hazırda adi orta məktəbi bitirən məzun da hazırlığa getməklə Avropa universitetlərinə qəbul oluna bilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.