Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ çoxqütblü dünyanın qütblərindən birinə çevrilməlidir

© Sputnik / Михаил Метцель / POOL / Mediabanka keçidAİİ ölkələrinin bayraqları, arxiv
Aİİ ölkələrinin bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Abunə olmaq
Slepnev Aİİ-nin yaradılmasının mühüm effekti kimi ticarət tərəfdaşı ölkələrlə münasibətlərdə üzv dövlətlərin ortaq səsi olmasını qeyd edib.
BAKI, 17 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqını (Aİİ) çoxqütblü dünyanın qütblərindən birinə çevirmək lazımdır. Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnyov deyib.

"Əlbəttə ki, biz birləşməyimizin çoxsaylı təsirlərini görürük. Ancaq bunu sistemli şəkildə götürsək, nəzərə alınmalı olan iki əsas element var. Birincisi, vahid ümumi bazar, dörd azadlıqdır: malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin vahid qaydalara uyğun olraq maneələr olmadan hərəkət azadlığıdır. Bu, inkişaf, investisiya və biznes üçün zəmin yaradan 184 milyondan çox istehlakçıya malik bir məkandır", - Slepnyov "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin Aİİ VII Beynəlxalq Forumunun iştirakçılarına müraciətində bildirib.

Nazir öz sözlərini Avrasiya İqtisadi İttifaqının mövcud olduğu on il ərzində 58 milyard dollardan 55%-ə yüksələn daxili ticarətin artımı ilə bağlı rəqəmlərlə izah edib.
Onun sözlərinə görə, Aİİ-də yeni inkişaf alətləri də yaranmaqda davam edir. Xüsusilə, ötən il əməkdaşlıq layihələri üçün büdcə mexanizmi işə salınıb. Yaxın vaxtlarda AİK kollegiyasında ilk belə layihəyə baxılacaq.
Slepnyov Aİİ-nin yaradılmasının mühüm effekti kimi ticarət tərəfdaşı ölkələrlə münasibətlərdə üzv dövlətlərin ortaq səsi olmasını qeyd edib. Artıq burada, xüsusən Vyetnam, Serbiya və İranla bir sıra azad ticarət sazişləri formalaşdırılıb.
Həmçinin Çinlə qeyri-preferensial saziş də mövcuddur ki, bu da idxal rüsumlarını sıfırlamasa da, qarşılıqlı ticarəti təşviq etmək üçün bir çox digər elementləri ehtiva edir. Bunlardan ən başlıcası Çinin "Kəmər və yol" təşəbbüsü ilə əlaqələndirilməsidir.
Nəticədə, Aİİ-nin Çinlə ticarəti kəskin şəkildə artıb, on il əvvəl 100 milyard dollardan az idisə, indi 300 milyard dollardan çox olub.

"Xəbərə gəlincə, ötən həftə biz Monqolustanla artıq razılaşdırılmış saziş layihəsinin yekun yoxlanışını həyata keçirdik. Ümid edirik ki, ilin sonuna kimi biz bu sənədi imzalayacağıq və yeni rejimdə işləyəcəyik. Yaxın gələcəkdə BƏƏ və İndoneziya ilə danışıqların əsas mərhələləri gözlənilir. Oktyabrda keçiriləcək BRİKS sammitinə qədər müsbət xəbərlərin olacağına ümidvarıq", - nazir qeyd edib.

Bundan əlavə, Misirlə danışıqlar aparılır, danıçıqların Hindistan ilə başlanması gözlənilir və növbəti tərəfdaşların müəyyənləşdirilməsi istiqamətində fəal işlər görülür.
A.Slepnyov forum iştirakçılarına xatırladıb ki, ötən ilin dekabrında Aİİ-nin dövlət başçıları ittifaqın 2030-cu ilə qədər və 2045-ci ilə qədər olan dövr üçün inkişafı haqqında bəyannamə qəbul ediblər. Orada ittifaq vətəndaşlar üçün rahat olan və xarici dünya ilə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa açıq inteqrasiya birliyi kimi təsvir olunur.
Yekunda Aİİ naziri qeyd edib ki, ittifaq artıq postsovet məkanından kənara çıxır. Hazırda Özbəkistanla yanaşı, Kuba da ittifaqda müşahidəçi statusundadır və İranın müvafiq müraciətinə baxılması prosesi gedir.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi ittifaqıdır. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0