https://sputnik.az/20240917/467470843.html
Bakı və Astana iki ölkə arasında strateji tərəfdaşlıqdan məmnundurlar - XİN
Bakı və Astana iki ölkə arasında strateji tərəfdaşlıqdan məmnundurlar - XİN
Sputnik Azərbaycan
Ceyhun Bayramovun Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə telefon danışığı olub. 17.09.2024, Sputnik Azərbaycan
2024-09-17T19:52+0400
2024-09-17T19:52+0400
2024-09-17T19:52+0400
siyasət
azərbaycan
qazaxıstan
xin
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453423006_516:0:1887:771_1920x0_80_0_0_dacd7da2f5d1aa800d3625edc8f5cf90.jpg
BAKI, 17 sentyabr - Sputnik. Sentyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub. Bu barədə XİN məlumat yayıb.Bildirilir ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri, habelə regional əlaqələr müzakirə olunub. Tərəflər həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar.Qeyd olunur ki, hər iki tərəf Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq, dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanmasından məmnunluqlarını ifadə ediblər.Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453423006_687:0:1715:771_1920x0_80_0_0_629622f45d7d846fe0350f87d6fb46a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, qazaxıstan, xin
azərbaycan, qazaxıstan, xin
Bakı və Astana iki ölkə arasında strateji tərəfdaşlıqdan məmnundurlar - XİN
Ceyhun Bayramovun Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə telefon danışığı olub.
BAKI, 17 sentyabr - Sputnik. Sentyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub. Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri, habelə regional əlaqələr müzakirə olunub. Tərəflər həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar.
"Müzakirə çərçivəsində Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) 2024-2026-cı illər üzrə sədrliyinə dair prioritet istiqamətlərə toxunulub", - xəbərdə deyilir.
Qeyd olunur ki, hər iki tərəf Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq, dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanmasından məmnunluqlarını ifadə ediblər.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.