DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokayev: Rusiya hərbi cəhətdən məğlubedilməzdir

© Sputnik / Гавриил Григоров / POOL / Mediabanka keçidQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  - Sputnik Azərbaycan, 1920, 16.09.2024
Abunə olmaq
Tokayev əlavə edib ki, Qazaxıstan Rusiya ilə dünyada ən uzun quru sərhədinə malikdir və ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində əməkdaşlıq inkişaf edir.
BAKI, 16 sentyabr — Sputnik. İstanbul sazişinin bağlanmasından imtina etməklə Ukraynada barışıq üçün şans əldən verilib. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şolts ilə Astanada keçirdiyi görüşdə bildirib.
Senyabrın 16-da Şolts Qazaxıstana rəsmi səfərə gəlib. Almaniya kansleri ikinci "Mərkəzi Asiya + Almaniya" sammitində iştirak edəcək. Dar tərkibdə keçirilən görüşdə Şolts Qazaxıstan rəhbərindən Ukrayna ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı danışmağı xahiş edib.
"Təəssüf ki, ən azı atəşkəs əldə etmək üçün yaxşı şans olan İstanbul sazişini bağlamaqdan imtina edildi, lakin sülhə nail olmaq üçün hələ də müxtəlif dövlətlərin bütün sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirib bir qərara gəlmək lazımdır. Əvvəlcə hərbi əməliyyatları dayandırısın, sonra isə ərazi məsələlərinin müzakirəsinə keçilsin", - Tokayev bildirib.
Tokayev əlavə edib ki, Qazaxıstan Rusiya ilə dünyada ən uzun quru sərhədinə malikdir və ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində əməkdaşlıq inkişaf edir.
"Rusiya hərbi cəhətdən məğlubedilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət və ilk növbədə Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirak edən bütün ölkələr üçün bərpa olunmaz nəticələrə gətirib çıxaracaq", - Tokayev deyib.
O, həmçinin qeyd edib ki, Qazaxıstanda Ukrayna xalqına səmimi rəğbətlə yanaşır.
"Dövlətlərimiz arasında heç vaxt fikir ayrılığı olmayıb", - Qazaxıstan lideri əlavə edib.
Xəbər lenti
0