DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran prezidenti ABŞ-a gedəcək

© Iranian Presidency Office via APİran prezidenti Məsud Pezeşkian, arxiv
İran prezidenti Məsud Pezeşkian, arxiv - Sputnik Azərbaycan, 1920, 16.09.2024
Abunə olmaq
Pezeşkian Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edəcək və bir sıra görüşlər keçirəcək.
BAKI, 16 sentyabr - Sputnik. İran prezidenti Məsud Pezeşkian Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edəcək.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi dövlət televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Pezeşkian Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edəcək və bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian sentyabrın 11-də baş nazir Məhəmməd əl-Sudaninin ona göndərdiyi rəsmi dəvətə cavab olaraq İraqın paytaxtı Bağdada gedib.
Bu, Pezeşkianın bu il iyulun sonunda İran prezidenti seçilməsindən sonra ilk xarici səfəri olub.
Sentyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianla görüşündə İran prezidenti Məsud Pezeşkianın tezliklə Rusiya Federasiyasına rəsmi səfərini gözlədiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0