DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Medvedev Tampa növbəti sui-qəsd cəhdindən yazdı

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 16.09.2024
Abunə olmaq
Eks-prezidentin həyatına ikinci sui-qəsd cəhd işi üzrə saxlanılan şəxs Havay sakini, 58 yaşlı Rayan Uesli Routdur.
BAKI, 16 sentyabr — Sputnik. ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa mümkün sui-qəsd cəhdində şübhəli bilinən şəxsin Kiyev rejimi tərəfindən işə götürüldüyü üzə çıxsa, nə baş verəcəyi maraqlıdır. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Daha əvvəl Fox News telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, eks-prezidentin həyatına ikinci sui-qəsd cəhd işi üzrə saxlanılan şəxs Havay sakini, 58 yaşlı Rayan Uesli Routdur.
"Görəsən, Ukrayna qoşunları üçün muzdlu əsgərlər toplayan Routun Kiyevdəki neonasist rejimi tərəfindən muzdla götürdüyü ortaya çıxsa, nə baş verərdi", – Medvedev yazıb.
Hadisə bazar günü Trampın olduğu Florida ştatında qolf klubunda baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Məxfi Xidmət əməkdaşları kolların arasında gizlənənşəxsə atəş açıblar. Həmin şəxs avtomobillə qaçmağa çalışsa da, saxlanılıb. Onun olduğu yerdə optik nişangahlı AK-47 avtomat tüfəngi, iki kürək çantası və GoPro aksiyon kamerası aşkar edilib. Fderal Təhqiqatlar Bürosu istintaqa qoşulub, ABŞ səlahiyyətliləri hadisəni Trampa sui-qəsd cəhdi kimi qiymətləndirirlər.
Xəbər lenti
0