ELM

Köhnə dəsmal saçınızın tökülməsinə səbəb ola bilər - Həkimdən vacib tövsiyələr

© iStock.com / Delmaine DonsonДевушка с шевелюрой
Девушка с шевелюрой - Sputnik Azərbaycan, 1920, 16.09.2024
Abunə olmaq
Anpiloqova qeyd edib ki, qaynar alətlər saçın əsas zülalı olan keratini məhv edir.
BAKI, 16 sentyabr — Sputnik. Köhnə və ya çirkli dəsmal saç tökülməsinə səbəb ola bilər.
Bunu kosmetoloq, "Meditsina" SC-nin kosmetologiya və dermatologiya şöbəsinin müdiri Yekaterina Anpiloqova deyib.
Həkimin sözlərinə görə, toxumada toplanan zərərli mikroorqanizmlər baş dərisinə mənfi təsir göstərə bilər.
"Dəsmallarda bakteriyalar və göbələklər toplanır ki, bu da baş dərisinin iltihabına səbəb ola bilər və kobud dəsmal ilə sürtülməsi nəticəsində yaranan fiziki zədələr saçın strukturuna təsir edə bilər" - Anpiloqova bildirib.
Saç tökülməsinin başqa bir səbəbi isə qurutma və düzləşdirici aparatların həddindən artıq istifadəsi ola bilər. Həkim qeyd edib ki, qaynar alətlər saçın əsas zülalı olan keratini məhv edir ki, bu da onların nazikləşməsinə və saçların tez-tez tökülməsinə səbəb olur.
Əczaçılıq elmləri namizədi Yekaterina Bankovskaya əvvəllər kimyəvi və bioloji aktivatorların və stimulyatorların saç tökülməsinin öhdəsindən gəlməyə kömək etdiyini söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0