https://sputnik.az/20240916/fransa-azerbaycandan-cop29-a-qeder-sulh-danisiqlarinda-irelileyis-gozleyir--sejurne-467423509.html
Fransa Azərbaycandan COP29-a qədər sülh danışıqlarında irəliləyiş gözləyir – Sejurne
Fransa Azərbaycandan COP29-a qədər sülh danışıqlarında irəliləyiş gözləyir – Sejurne
Sputnik Azərbaycan
XİN rəhbəri qeyd edib ki, Paris Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməli olduğuna inanır. 16.09.2024, Sputnik Azərbaycan
2024-09-16T11:53+0400
2024-09-16T11:53+0400
2024-09-16T11:55+0400
fransa
siyasət
xin
xin
xarici işlər naziri
cop29
azərbaycan
ermənistan
sülh
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/07e8/04/04/463730988_0:160:3072:1888_1920x0_80_0_0_e8bded01dad338eab4bfde4299905661.jpg
BAKI, 16 sentyabr — Sputnik. Fransa Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 Konfransına qədər Azərbaycanın Ermənistanla sülh danışıqlarını irəli aparmasını gözləyir. Bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejourne İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib. "Fransa iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında ədalətli və sabit sülh yaradacaq sazişin tezliklə imzalanmasının tərəfdarıdır" Sejurne qeyd edib. Fransa da eyni prinsiplər əsasında dövlətlər arasında sərhədin delimitasiyası prosesini təşviq edir. XİN rəhbəri qeyd edib ki, Paris Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməli olduğuna inanır. "Ermənistan sülh istəyir, beynəlxalq ictimaiyyət sülh istəyir, Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcək, məncə, bu məsələdə səmimiyyətlə addım atmağı bacarmalıyıq", fransalı nazir deyib. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı sülh müqaviləsinin razılaşdırılmış müddəalarını imzalamağa, daha sonra isə qalan bəndləri müzakirə etməyə dəvət edib. Rəsmi Bakı bu yanaşmanın onlar üçün qəbuledilməz olduğunu bəyan edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/04/463730988_171:0:2902:2048_1920x0_80_0_0_b04fe797d2fae4ba4bb9683e95b8a6e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fransa, xin, xin, xarici işlər naziri, cop29, azərbaycan, ermənistan, sülh, danışıqlar
fransa, xin, xin, xarici işlər naziri, cop29, azərbaycan, ermənistan, sülh, danışıqlar
Fransa Azərbaycandan COP29-a qədər sülh danışıqlarında irəliləyiş gözləyir – Sejurne
11:53 16.09.2024 (Yenilənib: 11:55 16.09.2024) XİN rəhbəri qeyd edib ki, Paris Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməli olduğuna inanır.
BAKI, 16 sentyabr — Sputnik. Fransa Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 Konfransına qədər Azərbaycanın Ermənistanla sülh danışıqlarını irəli aparmasını gözləyir. Bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejourne İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
"Fransa iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında ədalətli və sabit sülh yaradacaq sazişin tezliklə imzalanmasının tərəfdarıdır" Sejurne qeyd edib.
Fransa da eyni prinsiplər əsasında dövlətlər arasında sərhədin delimitasiyası prosesini təşviq edir. XİN rəhbəri qeyd edib ki, Paris Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməli olduğuna inanır.
"Ermənistan sülh istəyir, beynəlxalq ictimaiyyət sülh istəyir, Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcək, məncə, bu məsələdə səmimiyyətlə addım atmağı bacarmalıyıq", fransalı nazir deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı sülh müqaviləsinin razılaşdırılmış müddəalarını imzalamağa, daha sonra isə qalan bəndləri müzakirə etməyə dəvət edib. Rəsmi Bakı bu yanaşmanın onlar üçün qəbuledilməz olduğunu bəyan edib.