SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək imkanını nəzərdən keçirir

© AP Photo / Nathan HowardMetyu Miller, arxiv şəkli
Metyu Miller, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.09.2024
Abunə olmaq
Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.
BAKI, 16 sentyabr — Sputnik. ABŞ həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək imkanını səbirsizliklə gözləyir.
"Report" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.
"Biz hər iki ölkənin davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləməyə davam edirik. Onlar sülh sazişinin tamamlanmasında əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları mümkün olan hər bir şəkildə, o cümlədən faydalı olacağı təqdirdə görüş təşkil etməklə dəstəkləməyə hazırıq", - o deyib.
Xəbər lenti
0